İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda DƏHŞƏT: gəlin qayınanasını BALTALADI - VİDEO YENİLƏNİB

2059 27.07.2024 21:35 Kriminal A A

Daşkəsəndə qadının gəlini tərəfindən baltalanmasının bəzi təfərruatları məlum olub.

Musavat.com APA-ya istinadən xəbər verir ki, xəsarət alan 66 yaşlı Tahirə Qurbanovun oğlu Nofəl Qurbanov hadisəni törədən Səidəni həyat yoldaşı kimi evə gətirməsi olub. Bundan sonrada qaynana ilə gəlin arasında mübahisə baş verib.

Davanın sonu qanla bitib. Hadisədən sonra gəlin evdən qaçıb. Qeyd edək ki, zərərçəkən 66 yaşlı Tahirə Qurbanovanın oğlu Nofəl Qurbanov hazırda Rusiyada yaşayır. Nofəl Qurbanovun Səidədən əvvəl iki arvadı olub. Onun birinci həyat yoldaşından iki uşağı, ikinci həyat yoldaşından isə bir övladı var. Faktla bağlı Daşkəsən rayon polis şöbəsində müvafiq araşdırmalara başlanıb.

***

19:04

Daşkəsəndə qadın baltalanıb.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun ucqar kəndlərindən birində qeydə alınıb.

Belə ki, 1958-ci il təvəllüdlü T. Qurbanova ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qadına yardım edilib, vəziyyətinin ağır olduğu bildirilib.

Məlumata görə, T.Qurbanova gəlini tərəfindən baltalanıb. Hadisədən sonra isə gəlin qaçıb.

Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR