İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan baş nazirinin kürəkəni müxalif TV-dən pul tələb edir

244 27.07.2024 20:42 Region A A

Abxaziyadan olan məcburi köçkünlərlə iş üzrə nazir David Patsatsiya Tiflis meri Kaxa Kaladzenin ardınca müxalif TV Pirveli-dən böhtan iddiası üzrə məhkəmənin təyin etdiyi cəriməni ödəməyi tələb edib.

Musavat.com NewsGeorgia-ya istinadən xəbər verir ki, bu barədə telekanalın informasiya xidmətinin rəhbəri Nodar Meladze məlumat verib.

Qeyd olunur ki, Patsatsia Gürcüstanın baş naziri İrakli Kobaxidzenin kürəkənidir.

O, rəhbərlik etdiyi idarədə baş verən qanun pozuntuları ilə bağlı yayılan xəbərə görə məhkəməyə şikayət edib. Jurnalistlər qaçqınların məskunlaşdırılması mərkəzlərinin təmiri zamanı vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi ilə bağlı dövlət auditinin rəyinə istinad ediblər. Eyni zamanda onlar "xərclənən vəsaitin izi Patsatsiyaya aparır" faktına diqqət yetirdilər.

2023-cü ilin noyabrında Tbilisi Şəhər Məhkəməsi nazirin iddiasını qismən təmin edib. O, TV Pirveliyə 15 min lari ödəməyi və məlumatı təkzib etməyi tapşırıb.

Demək olar ki, eyni vaxtda Tbilisi məhkəməsi Kaxa Kaladzenin iddiası üzrə qərar qəbul edib. O, teleaparıcının Tiflis merini korrupsiyada ittiham etdiyinə görə TV Pirvelidən ona mənəvi ziyana görə 100 min lari ödəməsini tələb edib. Bu şikayət əsasında məhkəmə 15 min lari cərimə də təyin edib. Kaladze və Patsatsia nümayəndələri həmin gün, iyulun 26-da icra bürosu ilə əlaqə saxlayıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR