İnsanlara hürriyət, millətlərə istiqlal!

İSA QƏMBƏRİ DƏSTƏKLƏYƏN PARTİYALAR TOPLAŞDI (yenilənib)

3081 15.02.2013 11:42 Son xəbər A A

Müsavat Partiyasının başqanı İsa Qəmbərin prezidentliyə namizədliyini dəstəkləyəcəklərini bəyan edən 7 partiyanın (Azərbaycan Xalq Partiyası, Demokratik Birlik Partiyası, Azərbaycan Demokratik İstiqlal Partiyası, Demokratik Sağ Partiyası, Əhrar Partiyası, Yeni Turan Partiyası, Əmək Partiyası) və Müsavatın nümayəndələrinin iştirakı ilə seçki hazırlığına həsr olunan böyük toplantı keçirilir. Saat 14-də Müsavat Partiyasının qərargahında başlanan toplantıda seçki kampaniyasının təşkili, seçki dövründə cəmiyyətə veriləcək mesajlar, seçki ilə bağlı həm siyasi-strateji, həm də cari taktiki məsələlər müzakirə olunur.
Toplantıda adıçəkilən partiyaların rəhbərliyinə daxil olan şəxslərlə yanaşı, Müsavat başqanı İsa Qəmbər də iştirak edir.

Toplantıda çıxış edən İsa Qəmbər bildirdi ki, ölkədə dəyişikliklər labüddür: "Bunu bütün əlaməıtlər göstərir. Hakimiyyətin daxilində çürümə prosesi gedir. Gənclik aktivləşir, bölgələrdə etirazlar baş qaldırır. Digər rayonlarda İsmayıllıdakından da dözülməz vəziyət hökm sürür. Bir neçə məmuru cəzalandırmaqla vəziyyət dəyişməyəcək. Köklü islahatlara ehtiyac var. Köklü islahatlar isə demokratik seçkilərdən keçir. Biz də demokratik köklü dəyişikliklər üçün prosesə başlamışıq".

Xatırladaq ki, adıçəkilən partiyaların sədrləri yanvarın 11-də İsa Qəmbərlə görüşüb prezident seçkilərində onu müdafiə edəcəklərini ictimaiyyətə açıqlayıblar.
Onu da qeyd edək ki, həmin partiyalar 2003-cü ildəki prezident seçkilərində də İsa Qəmbəri dəstəkləyən “Bizim Azərbaycan” blokunun təsisçilərindən olublar.

Demokratik Sağ Partyiyasının sədri Nizami Təhməzli çıxışında dedi ki, İsa Qəmbəri Müsavat Partiyasını Azərbaycanın problemlıərini həll edə biləcək partiya saydığı üçün müdafiə edır: "Elə bir bölgəmiz yoxdur ki, insanlar Müsavata rəğbət bəsləməsin. Bizi bu addımı atmağa sövq edən budur. Bizim partiya qərar verdi ki, İsa Qəmbərin namizədliyini müdafiə edək. İsa bəyə də təşəkkür edirik ki, təklifimizi qəbul etdi. Bu millətin nicat yolu Müsavat Partiyasının, İsa Qəmbərin iqtidara gəlməsindədir”.
Demokratik Birlik Partiyasının sədri Mirfazil Həımidov bildirdi ki, 2003-cü ildə qazandıqları qələbəni rəsmiləşdirə bilməyiblər: "Lakin bu dəfə qələbə rəsmiləşəcək. İsa Qəmbər hakimiyyətə gələcək. Müsavat xalqın və dövlətin maraqlarını hər şeydən üstün tutduğu üçü onun müdafiəsi barədə qərar vermişik”.

AXP sədri Pənah Hüseyn hesab edir ki, bu gün Azərbaycanın siyasi tarixi üçün çox mühüm hadisə baş verir: "Vaxt çatıb ki, İsa Qəmbər hərəkatının, ümumxalq hərəkatınıln başlanması barədə qərar verək. Bu günkü tədbiri buna təşəbbüs, təsis tədbiri kimi nəzərdə tuturam. Bu gün iqtidara kim qələbə çala bilər? Bu və digər suallara cavab olaraq indiki məqamda isa Qəmbərin qələbə çala biləcəyinə əmin olmuşuq. Qərarımız da bununla bağlıdır. Bizə qələbə şansı verə biləcək şəxsin kimliyi aaydın görünür. Bu İsa Qəmbərdir. Partiyamızın qurultayının verdiyi səlahiyyətlərdən istifadə edərək İsa Qəmbərin namizədliyini müdafiə edəcəyimizi bəyan etmişəm”.

Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli bütün çıxışlarla razı olduğunu və İsa Qəmbər seçki hərəkatının yaradılması təklifini müdafiə etdiyini dedi: “Əhrar Partiyası tarixən Müsavatla müttəfiq olub. Amma İsa Qəmbər başqa bir partiyanın rəhbəri olsaydı da, biz İsa Qəmbəri müdafiə edəcəkdik. Çünki İsa Qəmbər ölkəni normal idarə edə biləcək liderdir. Biz İsa bəyin seçki kampaniyasında nə mümkündürsə, onu edəcəyik”.

Yeni Turan Partiyasının sədri Rövşən Məmmədli İsa Qəmbəri ölkəni bu vəziyyətdən çıxaraa bilən yeganə lider adlandırdı: “İsa Qəmbəri bütün gücümüzlə müdafiə edəcəyik. İsa Qəmbərin qələbəsi xalqın qələbəsi olacaq. Bu gündən başlayaraq biz İsa Qəmbərin qalibiyyəti üçün işlər görməliyik”.

AXP sədrinin müavini Qiyas Sadıqov bildirdi ki, İsa Qəmbərin qələbəsi üçün AXP bütün fədakarlıqlara getməyə hazırdır: “Biz bu mübarizəyə öz töhfəmizi verməliyik. Müsavat artıq məntəqələr üzrə nümayəndələrini müyyənləşdirməyə başlayıb”.

Əmək Partiyasının sədri Arzuman Həsənli bildirdi ki, hansı namizədi müdafiə eləməyi müzakirə edərkən ən uğurlu namizədin İsa Qəmbər olduğuna əminlik ifadə olunub.

Demokratik İstiqlal Partiyasının sədri Şöhrət İsmayıl bəyan etdi ki, 2003-cü ildə İsa Qəmbərin prezident kürsüsünü YAP işğal edib. 2013-cü ildə o kürsünü də, xalqı da işğaldan azad edəcəyik İsa Qəmbərin liderliyi ilə. İsa Qəmbəri xalq tanıyır. Onun təbliğatına ehtiyac yoxdur. Əsas məsələ seçkidə qələbəni rəsmiləşdirməıkdir. Mən hər kəsi bu istiqamətdə fəaliyyətə çağırıram”.

AXP Sabirabad təşkilatının sədri Novruz Quluzadə İsa Qəmbər seçki hərəkatının elan olunması təklifini dəstəklədiyini dedi. Sonra bölgələrdə seçki ilə bağlı aparılmalı olan işlərdən danışdı.

Sonda İsa Qəmbər geniş çıxış etdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR