İnsanlara hürriyət, millətlərə istiqlal!

GENERAL TALIB MƏMMƏDOV: “BƏSDİR, MÜHARİBƏNİ SAXTALAŞDIRDINIZ!”

11478 22.10.2012 20:08 Son xəbər A A

“İbad Hüseynov adlı şəxs hamını inandırmağa çalışır ki, onun Muğanlı kəndində öldürdüyü yaraqlı Monte Melkonyan olub, ancaq bu, qətiyyən belə deyil. Melkonyanın 1993-cü il iyunun 12-də Mərzili kəndi uğrunda gedən ağır döyüşlərdə 708-ci briqadanın ikinci motoatıcı batalyonunun döyüşçüləri tərəfindən məhv edilməsini təsdiqləyən araşdırılmış və digər

materiallar vaxtilə toplanaraq sistemləşdirilib. Əminəm ki, bu faktı təsdiqləyən sənədlər indiyə kimi Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsindədir”, - general bildirib.

“Onun bəyanatına səbəb nədir?” sualının cavabında general belə deyib: “İndiyədək mən müsahibə verməmişəm, mətbuatla ünsiyyətdə olmamışam. Bundan sonra da bunu etməzdim, ancaq KİV-lərdə ardı-arası kəsilməyən, əksinə daha da geniş vüsət alan bu cür ədalətsizlikdən və spekulyasiyadan hiddətlənirəm.

Maraqlıdır ki, Melkonyanın məhv edilməsinə dair hadisə ilkin olaraq obyektiv şəkildə araşdırılıb və mətbuatda bu barədə yazı dərc olunub (“Gün Səhər” qəzeti, 9 iyul, 2005-ci il). Lakin iki həftədən sonra kimsə bu xidmətləri özü üçün “özəlləşdirmək” və bununla da siyasi kapital əldə etmək istəyib.

Başa düşmürəm ki, nə üçün rəsmi orqanlar baş verənlərə göz yumur? Bunda kimlər maraqlıdır? Şəhidlərin qanını tapdalayaq sənə məxsus olmayanı öz adına necə çıxmaq olar? İctimaiyyəti necə aldatmaq olar axı?

İ.Hüseynovun döyüşməsini və düşməni öldürməsini şübhə altına almıram, lakin bunun Melkonyanın məhv edilməsinə heç bir aidiyyatı yoxdur. İ.Hüseynovun dəlil və sübutları isə

əsassızdır və bu saxtakarlığa son qoyulmalıdır.

Həmin hadisələrin real iştirakçıları sağdır və mən tamamilə əminəm ki, onlar öz sözlərini deyəcəklər, saxtalıq isə ifşa olunacaq”, - T.Məmmədov vurğulayıb.

“Çox təəssüf edirəm ki, bu çirkin kampaniyaya ayrı-ayrı ictimai xadimlər də qoşulub. Güman edirəm ki, onlar sadəcə dezinformasiyanın qurbanlarına çevriliblər və ictimai rəyin aldadılmasına cəlb olunublar. Zənnimcə, obyektiv araşdırma aparilsa, hər şey öz yerini alacaq.

Fürsətdən istifadə edərək, KİV-ləri bu məsələdə ehtiyatli və dəqiq olmağa çağırıram,

istər-istəməz saxtakarlığın iştirakçısına çevrilməsinlər və ictimaiyyəti çaşdırmasınlar.

Həmçinin rəsmi orqanları təhqiqat aparmağa və bu işə obyektiv qiymət verməyə çağırıram”, - general qeyd edib (contact.az).

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR