İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənclər 4 iyunla bağlı aksiya keçirdi- (Fotolar)

2918 04.06.2013 14:44 Son xəbər A A

Etatist.com-un məlumatına görə, aksiyada iştirak edən gənclər üzərində "4 iyun – xəyanət” yazıları olan köynəklər geyinib şəhərin mərkəz küçələri – Nizami (Tarqovu), İstiqlaliyyət, Parlament porspektindən Şəhidlər Xiyabanına gediblər.

Öncədən təyinat üzrə hər mərkəz küçələr üzrə qruplar və fərdlər şəhərdə gəzərək əhainin diqqətini cəlb edib. Gəzinti boyu, bir neçə dəfə polis gəncləri saxlayaraq məlumat alsa da, heç bir maneə törətməyib. Eyni zamanda əhalinin marağını cəlb edən gənclərə insanlar da suallar verib və məlumat alıblar. Şəhidlər xiyabanında toplanan gənclər şəhidləri ziyarət edib və məzarları üzərinə gül qoyub.

Məşəl abidəsinin qarşısında Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə 4 iyun Gəncə qiyamı haqqında danışıb. "Qarabağ əməliyyatlarının uğurlu getdiyi bir vaxtda o vaxtkı korpus komandiri Surət Hüseynovun başlatdığı qiyam, gənc Azərbaycana böyük zərbə oldu. Bu qiyam olmasaydı biz indi fərqli ölkədə yaşayırdıq. Bu qiyam nəticəsində biz torpaqlarımızı itirdik, Azərbaycan ağır siyasi-iqtisadi böhran yaşadı. Dövlətin konstisuion quruculuğuna böyük zərbələr alaraq dövlət strukturları öz fəaliyyətində ciddi nöqsanlar yaşadı. Biz gənclik olaraq bu günü heç vaxt unutmamalıyıq. Ona görə unutmamalıyıq ki, gələcəkdə tariximizdə bir daha belə bir ləkənin olmasına imkan verməyək”.

Qeyd edək ki, keçən il də MFM gəncləri 4 iyunla bağlı aksiya keçirmiş və böyük səs gətirmişdi.

1993-cü ildə Gəncədə yerləşən 709 saylı hərbi hissədə korpus komandiri Surət Hüseynovun başçılığı ilə Azərbaycan dövlətinin ən kritik zamanında dövlətə qarşı qiyam qaldırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağın 45 faiz ərazisini işğaldan azad etdiyi bir zamanda bu qiyam nəticəsində hərbi birləşmələr dislokasiya olunmuş döyüş mövqelərindən geri çəkilərək, dövlətə qarşı hərbi cinayətdə iştirak etmiş və bunun nəticəsində Azərbaycan ərazisinin torpaqları müdafiəsiz qalaraq işğala məruz qalıb. Vətəndaş müharibəsinin qarşısını almaq məqsədilə prezident Əbülfəz Elçibəy hökuməti devrilmişdir.

Gənclər 4 iyunla bağlı aksiya keçirdi- Fotolar

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR