İnsanlara hürriyət, millətlərə istiqlal!

Son saatlarda dünyada koronavirusa 6 min 26 nəfər yoluxub- yeni faktlar

718 17.04.2020 00:05 Son xəbər A A

Dünyada koronavirus pandemiyasından ölüm halları davam edir. Eyni zamanda yoluxma sayı da artmaqdadır. Mütəxəssislər bildirirlər ki, rəsmi şəkildə koronavirusa qarşı vaksinin tapıldığı elan olunmayana qədər bu virusun təhlükəsini tamamilə sovuşmuş saymaq olmaz. 

Musavat.com xəbər verir ki, son saatlara ən çox yoluxma yenə də ABŞ-da qeydə alınıb. Bu ölkədə son bir neçə saat ərzində artıq 1645 nəfər ölüb, 22 min 443 yeni yoluxma qeydə alınıb. Ümumilikdə ABŞ-da 670 min 591 nəfər koronavirusa yoluxub, 34 min 233 adam isə bu virusdan ölüb.

Yoluxma sayına görə ABŞ-dan sonrakı sırada yer alan İspaniyada son saatlarda 2 min 157 yoluxma, 318 ölüm qeydə alınıb.

Ölkədə ümumilikdə 182 min 816 nəfər koronavirusa yoluxan, 19 min 130 nəfər bu virusdan ölən var.

Növbəti sırada yer alan İtlaliyada son saatlarda 3 min 786 yoluxma, 525 ölüm qeydə alınıb. Ümumilikdə bu ölkədə 168 min 941 nəfər koronavirusa yoluxub, 22 min 170 nəfər bu virusdan ölüb.

Siyahıda 4-cü olan Fransada son saatlarda 17 min 164 nəfər yoluxub, 753 nəfər ölüb. Ölkədə ümumilikdə 165 min 27 yoluxan, 17 min 920 nəfər bu virusdan ölən var.

Siyahıda 5-ci olan Almaniyada son saatlarda 1090 nəfər yoluxan, 86 nəfər ölən var. Ümumilikdə bu ölkədə 135 min 843 nəfər koronavirusa yoluxub, 3 min 890 nəfər isə bu virusdan ölüb.

Onu da bildirək ki, aprelin 15-də dünyada koronavirusdan 8 min 241 adam ölüb. Ən çox ölüm ABŞ-da qeydə alınıb. Bu ölkədə qeyd etdiyimiz tarixdə 2 min 763 nəfər koronavirusun qurbanı olub.

İndiyədək dünyada 2 milyon 168 min 45 nəfər koronavirusa yoluxub, 144 min 645 nəfər isə bu virusdan ölüb. Dünyada sağalanların sayı isə 546 min 269 nəfərdir.

 

Əli Rais,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR