İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Şahramanyan bağlı qapılar arxasında...

1893 24.11.2023 12:34 Son xəbər A A

Qarabağdakı keçmiş separatçı rejmin rəhbəri Samvel Şahramanyan 44 günlük müharibəni araşdıran Ermənistanın müvəqqəti parlament komissiyasının iclasına gəlib.

Görüş bağlı qapılar arxasında keçirilir.

Qeyd edək ki, noyabrın ortalarında S.Şahramanyanın 44 günlük müharibəni araşdıran müvəqqəti parlament komissiyasının rəhbəri Andranik Koçaryanın təklifini qəbul etdiyi barədə xəbər yayılmışdı.

Ermənistanın baş naziri Nikol Paşinyan da komissiyanın iclasında iki dəfə iştirak edib. Bundan əvvəl görüşlərdə sabiq xarici işlər naziri Zöhrab Mnatsakanyan, Ermənistan baş qərargahının keçmiş və indiki rəisləri Onik Qasparyan və Edvard Asryan və digər yüksək rütbəli rəsmilər iştirak ediblər. Bəzi digər keçmiş məmurlar isə dəvəti rədd ediblər. Xüsusilə, keçmiş xarici işlər naziri Vardan Oskanyan, baş qərargahın keçmiş rəisi Movses Akopyan, onun keçmiş müavini Tiran Xaçatryan komissiyanın suallarına cavab verməkdən imtina ediblər. (Report)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR