İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Paşinyan Rusiyaya gedir, Putinlə görüşdə nələr danışılacaq? CANLI

1751 27.11.2023 14:43 Son xəbər A A

Ermənistanın baş naziri Nikol Paşinyan dekabrda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşündə və Avrasiya İqtisadi İttifaqının (Aİİ) rəsmi iclasında iştirak edəcək.

Musavat.com xəbər verir ki, bu barədə “Alpha News”a Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Bəli, biz İrəvandan siqnal aldıq ki, baş nazir dekabrın sonunda Sankt-Peterburqa gələrək, MDB başçılarının qeyri-rəsmi görüşündə və Aİİ-nin rəsmi sammitində iştirak edəcək", - Uşakov bildirib. Bunun dəqiq məlumat olub-olmaması ilə bağlı aydınlaşdırıcı suala Rusiya Federasiyası Prezidentinin köməkçisi belə cavab verib: “İrəvandan aydın siqnal aldıq”.

Rusiya və Ermənistanı birləşdirən Gürcüstan-Rusiya sərhədinə gedən Yuxarı Lars yolu bütün növ nəqliyyat vasitələri və avtomobillər üçün bağlanıb. Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qarın yağması, temperaturun aşağı düşməsi və uçqun təhlükəsi ilə əlaqədar məhdudiyyətlər tətbiq edilib. Həmçinin qeyd olunub ki, hava şəraiti normallaşandan sonra yolda bütün nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq.

TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR