İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Nazirlik TƏCİLİ məlumat yaydı

2701 25.03.2024 00:25 Ölkə A A

Erməni "Telegram" kanallarında guya "Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi"nə dair məlumatların yayılmasına cəhdlər olunur.

Musavat.com xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

Vurğulanıb ki, bu kimi məlumatlar təmamilə "fake" və dezinformasiya xarakteri daşıyır.

"Erməni "Telegram" kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub. Bu məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir.

Bir daha bildiririk ki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə hər hansı hərbi təyinatlı məmulatlar göndərilməmişdir", - deyə nazirlikdən bildirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR