İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Moskvada konsert zalında avtomatlar işə salındı - Onlarla ölü var VİDEO

4565 22.03.2024 21:30 Hadisə A A

Moskvada - “Crocus City Hall”da “Piknik” qrupunun konsertindən əvvəl atışma baş verib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya telegram kanalları və mətbuatı məlumat yayıb.

Hadisə şahidləri hərbi geyimli 3 nəfərin eyni anda avtomat silahdan atəş açdığını deyirlər. İlkin məlumata əsasən atışma nəticəsində 12 nəfər ölüb.

Bu barədə Baza Telegram kanalı məlumat yayıb. Mənbənin məlumatına görə, daha 35 nəfər yaralanıb.

TASS xəbər verir ki, tamaşaçıları zaldan çıxarmaq mümkün olub. Lakin atışmadan sonra zalda partlayış, ardınca isə yanğın baş verib. Hələlik yanğını söndürmək üçün yanğınsöndürmə qüvvələri əraziyə yaxınlaşa bilmirlər.

Qeyd edək ki, atışma baş verən zal Azərbaycan əsilli Rusiya iş adamı Araz Ağalarova məxsusdur. Zal Krasnoqorskdakı Crocus City biznes mərkəzinin ərazisində yerləşir. 2009-cu ildə açılıb və müğənni Müslüm Maqomayevin adını daşıyır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR