İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: İŞİD lideri əl-Haşimi öldürüldü - Bayden açıqladı FOTO

1793 03.02.2022 19:41 Dünya A A

ABŞ prezidenti Co Bayden ABŞ qüvvələrinin Suriyada keçirdiyi əməliyyatda İŞİD lideri Əbu İbrahim əl Haşimi əl-Qureyşinin öldürüldüyünü açıqlayıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Bayden verdiyi yazılı açıqlamada, "Dünən gecə mənim göstərişimlə Suriyanın şimal-qərbindəki ABŞ qüvvələri Amerika xalqını və müttəfiqlərimizi qorumaq və dünyanı daha təhlükəsiz bir yerə çevirmək üçün uğurlu bir anti-terror əməliyyatı həyata keçirdi. Bacarıq və cəsarət sayəsində Silahlı Qüvvələrimiz İŞİD lideri Əbu İbrahim əl-Haşimi əl-Qureyşini məhv etdi”. - , deyə bildirib.

"Haşimi özünü öldürmək üçün bomba partladıb"


Adının açıqlanmasını istəməyən ABŞ Milli Təhlükəsizlik Şurasının yüksək rütbəli rəsmisi jurnalistlərə açıqlamasında Haşiminin özünü və ailəsini bomba ilə partladaraq intihar etdiyini bildirib.

Bayden: İŞİD lideri Qüreyşi öldürüldü

"Əməliyyatın əvvəlində terrorçu özünü və ailə üzvlərini bomba ilə partladaraq qətlə yetirib", - deyə yüksək rütbəli əməkdaş bildirib.

Yerli mənbələrin məlumatına görə, əməliyyat zamanı 6-sı uşaq, 4-ü qadın olmaqla 13 nəfər həlak olub.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR