İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İran Hörmüzdə əməliyyata başladı

1219 17.06.2026 12:23 Dünya A A

İran son iki ayda ilk dəfə olaraq Hörmüz boğazı vasitəsilə neft ixracına başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə CNBC telekanalı "Kpler" analitik şirkətinə istinadən məlumat yayıb.

Şirkətin məlumatına görə, ixrac əməliyyatı zamanı təxminən 5 milyon barrel neft daşıyan azı üç İran tankeri Hörmüz boğazı bölgəsini tərk edib.

Dövlətə məxsus "National Iranian Tanker Company" şirkətinə aid olan "Diona" və "Hero 2" adlı iki supertankerin təxminən 3,8 milyon barrel xammal çıxardığı bildirilir.

"Kpler" qeyd edir ki, gəmilər ABŞ Hərbi Dəniz Qüvvələrinin mövcud olduğu bölgədən maneəsiz keçməyi bacarıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR