Əhmədbəyli–Füzuli–Şuşa magistral avtomobil yolu işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ən mühüm infrastruktur layihələrindən biridir. Uzunluğu 81,7 kilometr olan yol Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirərək bölgənin nəqliyyat əlaqələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Mürəkkəb dağ relyefində təhlükəsiz və sürətli hərəkəti təmin etmək məqsədilə magistral boyunca ümumilikdə 7 müasir avtomobil tuneli inşa edilib.
Tunellərin ümumi uzunluğu hər iki istiqamət üzrə təxminən 12,7 kilometr təşkil edir. Layihə çərçivəsində, həmçinin 11 körpü, 9 viaduk, 38 yeraltı keçid və çoxsaylı suötürücü qurğular tikilib.
Yeni magistral Şuşaya gediş-gəlişi daha rahat və təhlükəsiz etməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun bərpası, iqtisadi inkişafı, turizm potensialının genişlənməsi və bölgənin ölkənin ümumi nəqliyyat şəbəkəsinə inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır.
Musavat.com tunellərdən bir neçəsinin görüntüsünü təqdim edir:
Şahanə Rəhimli
Musavat.com






