İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Göygöldə bina çökdü - Ölən var - FOTO, VİDEO, YENİLƏNİB

3394 16.08.2023 01:34 Son xəbər A A

Göygöldə binanın zirzəmisi çöküb.

Musavat.com-un APA-ya istinadla məlumatına görə, hadisə Heydər Əliyev prospektində yerləşən binada qeydə alınıb.

İlkin məlumata görə evdə təmir gedərkən çökmə zamanı 1 nəfər dağıntı altında qalıb. Hadisə yerinə Polis və digər qurumların əməkdaşları cəlb olunub.

Hazırda xilasetmə istiqamətində işlər gedir. Bir nəfərin dağıntı altında qalaraq öldüyü bildirilir.

***

Göygöldə çökən binanın dağıntıları altında qalan şəxsin kimliyi məlum olub.

APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, bu, Cəfərov Emin Əlvan oğludur.

***

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl şəhərində fərdi yaşayış evində 1 nəfərin uçqun altında qalması barədə məlumat daxil olub.

APA xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, müvafiq texnikası və xüsusi təlim keçmiş xidməti it axtarış-xilasetmə işlərinə cəlb olunub.

Xilasedicilər xüsusi texnika və avadanlıqlardan istifadə etməklə axtarış-xilasetmə işlərini davam etdirir.

Əlavə məlumat veriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR