İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Aİ, G7 və Avstraliya Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ - Dekabrın 5-də...

1894 03.12.2022 14:35 İqtisadiyyat A A

Qazın böyük ölçüdə kəsilməsi ilə qışa dərin enerji böhranı kölgəsində girən Avropa həftələrdir gözlənilən qərarı açıqlayıb. Avropa İttifaqına üzv 27 ölkə Rusiyadan dəniz yolu ilə daşınan neftə 60 dollar tavan qiyməti tətbiq etmək barədə razılığa gəlib. 

Musavat.com xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen verdiyi açıqlamada yüksək qiymət tətbiqinin Rusiyanın gəlirlərini əhəmiyyətli dərəcədə azaldacağını bildirib.

"Bu, qlobal enerji qiymətlərini sabitləşdirməyə kömək edəcək, dünyanın inkişaf etməkdə olan iqtisadiyyatlarına fayda verəcək" - Leyen qərarla bağlı danışıb.

638afb0f4e3fe019c4dbc685.jpg (96 KB)

Almaniya, ABŞ, Böyük Britaniya, İtaliya, Fransa, Yaponiya, Kanadadan ibarət olan G7 ölkələri və Avstraliya da dəniz yolu ilə daşınan Rusiya xam neftinin barelinə 60 dollar qiymət tətbiq etməyə razılaşıb.

Birgə bəyanatda qərarın dekabrın 5-də və ya çox yaxın günlərdə qüvvəyə minəcəyi bildirilir.

Qeyd olunub ki, qiymət həddi tətbiq etmək qərarı Rusiyanın Ukraynaya qarşı apardığı müharibədən qazanc əldə etməməsi üçün verilib.

"Bu, Putinin müharibəsinin təsirini hiss edən aşağı və orta gəlirli ölkələrdə mənfi iqtisadi nəticələri minimuma endirmək məqsədi daşıyır" - bəyanatda vurğulanıb.

638afb2a4e3fe019c4dbc687.jpg (44 KB)

Tavan qiymət tətbiqi ilə Rusiyanın neft satışından əldə etdiyi gəlirin azalacağı və qlobal neft qiymətlərində ani artımın qarşısının alınacağı gözlənir.

Yüksək qiymət tətbiqi ilə yanaşı, yeni qiymətlərin məhdudlaşdırılması mexanizmi də yaradılacaq.

Bundan əlavə, Rusiya neftinə tətbiq olunacaq yüksək qiymət bazar qiymətlərindən 5 faiz aşağı saxlanacaq və tavan qiyməti məsələsi 2 aydan bir yenidən müzakirəyə çıxarılacaq.

Nigar Cəfərli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR