İnsanlara hürriyət, millətlərə istiqlal!

Somalidə deputatın avtomobili yaxınlığında partlayış törədilib, ölənlər var

Somalidə deputatın avtomobili yaxınlığında partlayış törədilib.

"Report" xəbər verir ki, bu barədə yerli "Garowe Online" nəşri məlumat yayıb.

Məlumata görə, hadisə paytaxt Moqadişoda, deputat Əbdülqadir Arabounun avtomobili yaxınlığında baş verib. Partlayış zamanı deputatın sürücüsü və cangüdəni həlak olub. Bildirilir ki, deputat özü hadisə zamanı xəsarət almayıb.

Yerli radiostansiya "Dalsan" bildirib ki, hadisə zamanı daha bir neçə nəfər xəsarət alıb.

DPA agentliyinin məlumatına görə, partlayış zamanı 4 nəfər həlak olub, daha 7 nəfər yaralanıb.

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2019

20 Oktyabr 2019

BÜTÜN XƏBƏRLƏR