İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK: ABŞ-nin ən nüfuzlu TV-si Trampdan qorxdu? Gizlədilən reportaj yayımlandı!

590 19.01.2026 20:28 Dünya A A

ABŞ-nin ən nüfuzlu televiziya proqramlarından biri olan, CBS kanalında yayımlanan “60 minutes” Tramp administrasiyasının deportasiya siyasəti barədə reportaj yayımlayıb.

Musavat.com xəbər verir ki, bununla bağlı yerli mediada maraqlı xəbərlər ortaya çıxıb.

Belə ki, həmin material bir ay əvvəl efirdən son anda çıxarılıb və kanalda daxili siyasi gərginlik yaradıb.

Proqramın müxbiri Şerin Alfonsi El Salvadorda yerləşən və qəddarlığı ilə tanınan CECOT həbsxanasına deportasiya edilən şəxslərlə bağlı material hazırlayıbmış. Reportaj dekabrın 21-də efirdən çıxarılanda Alfonsi redaksiya daxilində: “Bu, redaksiya yox, siyasi qərardır” cümləsini işlədib.

CBS-nin yeni baş redaktoru Bari Vayss reportajın Tramp administrasiyasının mövqeyini yetərincə əks etdirmədiyini iddia edib. Bundan sonra materialın yayımı dayandırılıb, kanala qarşı “siyasi təzyiqə boyun əymək” ittihamları səsləndirilib.

Yayımlanan versiyada Tramp administrasiyasının yazılı açıqlamaları əlavə olunub, lakin rəsmi şəxslər kamera qarşısına çıxmaqdan imtina edib.

Alfonsi canlı yayımda bildirib:

“Noyabrdan bəri administrasiyanın əsas rəsmilərindən müsahibə almağa çalışmışıq. Rədd ediblər”.

CBS isə açıqlamada materialın əvvəl-axır yayımlanacağını və siyasi motiv olmadığını bildirib.

Dekabrda efirdən çıxarılan versiya yanlışlıqla Kanadada yayımlandığı üçün tamaşaçılar iki versiyanı müqayisə etmək imkanı əldə ediblər. Məzmun baxımından ciddi dəyişiklik olmayıb.

Bari Vayssın kanala gətirilməsindən sonra Tramp administrasiyasının CBS-də daha fəal görünməsi diqqət çəkir. Donald Tramp noyabrda “60 minutes”ə müsahibə verib. Keçən həftə isə CBS aparıcısı Toni Dokupil Trampdan aldığı 13 dəqiqəlik müsahibənin qanunsuz kəsim olacağı təqdirdə məhkəmə ilə hədələnib.

Nəticədə CBS müsahibəni tam şəkildə yayımlayıb, bu da ABŞ telejurnalistikasında nadir haldır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR