İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Dirçəliş Hərəkatı Partiyası bələdiyyə seçkiləri ilə bağlı bəyanat verdi

1381 23.12.2014 23:42 Siyasət A A
“Biz Milli Dirçəliş Hərəkatı Partiyası olaraq bələdiyyə seçkilərinin önəmini olduqca yüksək dəyərləndiririk”. Milli Dirçəliş Hərəkatı Partiyasından (MDHP) APA-ya daxil olmuş bəyanatda belə qeyd olunub.
 
Bəyanatda bildirilib ki, bu seçkilərdə iştirak etmək üçün partiyanın 125 üzvünün namizədliyi təsdiqlənib.
 
Partiya qeyd edib ki, gün ərzində seçki prosesini 70 seçki dairəsində müşahidə edib, bu dairələrdə aşkarlanmış pozuntulara dərhal müdaxilə edilib, aradan qaldırılıb.
 
MDHP qeyd edib ki, bələdiyyə seçkilərindəki nəticələrindən asılı olmayaraq, bundan sonra da yerli özünüidaretmənin nüfuzunun artırılması istiqamətində, malik olduğu platformanın tətbiq edilməsinə çalışacaq. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR