İnsanlara hürriyət, millətlərə istiqlal!

ARZU SƏMƏDBƏYLİNİN 48 YAŞI TAMAM OLDU

981 11.05.2010 08:58 Siyasət A A
Milli azadlıq hərəkatının fəal iştirakçılarından olan A.Səmədbəyli 1992-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasının şöbə müdiri, Azərbaycan Respublikası müdafiə nazirinin baş referenti, 1993-2000-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının İnformasiya və mətbuat mərkəzinin direktoru, təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb. 2004-cü ildən Müsavat Partiyası başqanının müavinidir.
O, həmçinin Müsavat Partiyası Ali Məclisinin və Divanının üzvüdür.
Milli Məclisdə isə İnsan hüquqları komitəsinin üzvü kimi fəaliyyət göstərir.
Ad gününü necə keçirdiyi barədə sualımıza cavabından aydın oldu ki, A.Səmədbəyli doğum tarixini də iş başında qeyd edib. Gün ərzində Müsavat Partiyasının qərargahında olan millət vəkili Divanın və müavinliyin iclasında iştirak edib. Elə ilk təbrikləri də müsavatçı dostlarından alıb. 2 övlad atası olan Arzu bəyə uzun ömür, cansağlığı, şəxsi həyatında və siyasi fəaliyyətində böyük uğurlar arzulayırıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR