İnsanlara hürriyət, millətlərə istiqlal!

Sinqapur Qəzza sakinlərinə humanitar yardım göndərəcək

432 15.03.2024 21:27 Dünya A A

Sinqapur Hərbi Hava Qüvvələri martın 16-dan 17-dək Qəzza zolağının sakinlərinə havadan humanitar yardım göndərəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Sinqapur Xarici İşlər Nazirliyi məlumat yayıb.

Yüklərin havadan aşağı sakinlərə ötürülməsi İordaniya hava dəhlizi ilə həyata keçiriləcək.

Proses İordaniya Silahlı Qüvvələrinin dəstəyi ilə “Sinqapur C-130” hərbi-nəqliyyat təyyarəsi vasitəsilə həyata keçiriləcək. Ölkənin xarici işlər naziri Vivian Balakrişnan bir neçə yüksək vəzifəli rəsminin müşayiəti ilə əməliyyata dəstək məqsədilə martın 16-dan 17-dək İordaniyaya səfər edəcək.

Öz növbəsində, Sinqapurun Baş naziri Li Syan Lun İordaniya Kralı II Abdullaya məktub göndərərək humanitar yüklərin çatdırılmasında göstərilən köməyə görə minnətdarlığını bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR