İnsanlara hürriyət, millətlərə istiqlal!

Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO

2547 27.07.2024 09:00 Ölkə A A

Noyabr ayında toy etmək istəyənlər azdır. Hətta, əvvəldən verilmiş bəzi sifarişlər ləğv edilir.

Vətəndaşlar son günlər sosial şəbəkələrdə iddia edirlər ki, restoranlar noyabrda, COP-29 zamanı olacaq toy sifarişlərini qəbul etmirlər.

Restoran sahibləri isə toy sifarişlərinin qəbul edilməməsi ilə bağlı məlumatların doğru olmadığını bildirirlər.

Bəzi sahibkarlar isə qeyd edirlər ki, noyabrda toy etmək istəyənlər azdır. Hətta, əvvəlcədən sifariş verən vətəndaşlardan bəziləri sonradan onu ləğv etdirirlər.

Sahibkarlar onu da qeyd etdilər ki, noyabrda olan toylar ləğv edilərsə, digər aylarda yaranan sıxlıq səbəbindən qiymətlərdə 5-10 manat artım ola bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR