İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış şəxs Kremlin qarşında özünü yandırdı

1189 27.07.2024 10:15 Dünya A A

İyulun 26-da Qırmızı Meydanda bir nəfər özünü yandırmaqla intihara cəhd edib.

Musavat.com Rusiyanın teleqram kanallarına istinadən xəbər verir ki, intihara cəhd edən tezalışan mayeni üzərinə tökərək od vurub. Meydanda növbətçilik edən polis əməkdaşları isə alovu söndürə bilib. Teleqram kanallarının, eləcə də “Moskovski Komsomolets” qəzetinin məlumatına görə, özünü yandırmağa cəhd edən şəxsin Rusiyada müdafiə sənayesi məhsullarının istehsalı ilə məşhur olan “Volna” Mərkəzi Tədqiqat İnstitutunun rəhbəri olmuş Vladimir Arsenyev olduğu üzə çıxıb.

“Volna”nın müəssisələri silah və hərbi texnikanın hazırlanması və istehsalı, habelə onların təmiri ilə məşğul olur və dövlət müdafiə sifarişlərinin icrasında iştirak edir.

Son bir il ərzində Vladimir Arsenyev Moskva məhkəmələrində çoxsaylı arbitraj və mülki proseslərin iştirakçısına çevrilib. O, eyni müəssisənin əsas səhmdarlarından biri, keçmiş baş konstruktor və “Volna”nın direktorlar şurasının sədri Sergey Mosienko (2023-cü ildə səhmlərin 32%-nə sahib idi) ilə məhkəmədə çəkişir. Məhkəmə qərarlarından belə çıxır ki, Arsenyev 2006-2021-ci illərdə “Volna”ya rəhbərlik edib,sonra işdən ayrılıb. 2023-cü ilin martında isə baş direktorun səlahiyyətlərini icra edən vəzifəsinə qayıdıb. Amma Mosienko Arsenyevin “müharibə şəraitində Rusiya Federasiyasının Müdafiə Nazirliyinə ziyan vurduğunu" bildirib, onun yenidən müəssisəyə rəhbər qayıtmasını əngəlləyib. Bundan sonra tərəflər arasında çoxsaylı məhkəmə çəkişmələri başlayıb.

2023-cü ilin sentyabrında Arsenyev və Mosienko şərəf, ləyaqət və işgüzar nüfuzun qorunması üçün qarşılıqlı iddialar qaldırıblar. Arsenyev iddia edib ki, Mosienko "sübut olmadan, yalnız fərziyyə və fərziyyələrə əsaslanaraq" onu başqa bir müəssisədən layihə sənədlərini oğurlamaqda və "Luch" şirkətindən qanunsuz olaraq pul almaqda ittiham edib. Onun şikayətində həmçinin qeyd olunub ki, dövlət müdafiə sifarişinin ləngiməsinə səbəb Mosienkonun 2023-cü ilin yazında FSB-yə verdiyi donoslar səbəbindən baş verib, audit yoxlamalar vaxt aparıb, amma Arsenyev tərəfindən pozuntuları təsdiqləməyib.

Lefortovo məhkəməsi Mosienkoya qarşı iddianı rədd edib, beləliklə də onu müəssisəyə rəhbər qayıdışı üçün cəhdləri nəticə verməyib.

O da bəlli olub ki, Mosienkonun Arsenyevə qarşı qarşlılıqlı iddiasına isə hələ üç gün sonra-iyulun 31-də baxılacaq. Arsenyevin özünü niyə bu məhkəmə ərəfində yandırmağa cəhd etməsi haqda hələ məlumat yoxdur. Onu saxlayıblar və ilkin ifadəsini alıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR