İnsanlara hürriyət, millətlərə istiqlal!

Elton Məmmədov danışdı və ELƏ SÖZLƏR DEDİ Kİ... - SENSASİYA

2583 27.07.2024 08:44 Gündəm A A

“Bizim yüksəlişimizin Trampla əlaqəsi yoxdur”

Deputatlığa namizədliyi ləğv olunan Elton Məmmədov Məmmədovların ovaxtkı ABŞ prezidenti ilə əlaqələri haqda nələr demişdi...

Ziya Məmmədovun qardaşı Elton Məmmədovun deputatlığa namizədliyinin ləğv edilməsindən sonra da bu mövzu ətrafında müzakirələr səngiməyib. Yada salaq ki,  E.Məmmədov bildirib ki, deputatlığa namizədliklə bağlı sənədlərini təqdim edəndən sonra təhdidlə üzləşib: 

“Gedib, mənə imza verən həmyerlilərimin qapısını döyüblər. Soruşurlar ki, doğrudanmı Elton Məmmədova imza vermisiz? Onlar da ”hə" deyib. Mən cənab Prezidenti, dövləti sevən adamam. Bu adamlar yaramazlıqları ilə dövlətin siyasətinə xələl gətirir. Bu işlərin başında Məzahir Pənahov və icra başçısı Mənsur Məmmədov durur. Bu adamlar özü saxtakardır. Məndən tələb olunurdu ki, namizədlik vəsiqəmi geri verim. Vermədim, ona görə də belə saxtakarlıq etdilər. Mən müxalifət deyiləm, mən cənab Prezidentin əsgəriyəm. Niyə belə edirlər? Bugün bu cür saxtakar adamlara görə insanlar əziyyət çəkir". 

 70 yaşlı Elton Məmmədov Milli Məclisin II, III və IV çağırış deputatı olub. Sabiq deputat, həmçinin AzTU-nun strateji inkişaf üzrə prorektoru, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının direktoru, AMEA İşlər İdarəsinin müdiri vəzifələrində çalışıb. Qeyd edək ki, sözügedən dairədən hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi VI çağırış parlamentin deputatı Ramil Həsəndir. İddialara görə, Ziya Məmmədovun oğlu ilə şərikli biznesi olmuş Trampın yenidən Ağ Evə qayıdış şansı artan kimi Məmmədovlar klanı fəallaşmağa başlayıb. 

Elton Məmmədov 2016-cı ildə Donald Trampın prezident seçilməsindən sonra yerli saytlardan birinə bu barədə danışıb. E.Məmmədov  öncə deyib ki, Donald Trampın prezidentliyi dövründə ən azı Azərbaycanla strateji əməkdaş kimi bütün sahələrdə əlaqələri davam etdirəcək: “Arzu edək ki, ABŞ-ın yeni dövlət başçısının Azərbaycan prezidenti cənab İlham Əliyevlə münasibətləri yaxşı olsun ki, xalqımızın qlobal problemi olan Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində müsbət addımlar atılsın”. O deyib ki,  Trampın prezident seçilməsi onun üçün  sürpriz olub: “Mən siyasi arenada daha çox nüfuzu ilə tanınmış Hillari Klintona üstünlük verirdim. Düşünürdüm ki, o seçilər, amma bu,  mübarizədən Donald Tramp qalib çıxıb. Qalib isə heç vaxt müzakirə olunmur”.

O, qardaşı oğlu Anar Məmmədovun  ABŞ  prezidentini təbrik edənlər arasında yer almasından danışarkən bunları deyib: “Mən düşünürəm ki, belə hala yalnız və yalnız sevinmək lazımdır.  Azərbaycan gənclərinin, siyasətçilərinin, iş adamlarının belə mötəbər arenada olan insanlarla münasibətlərinin, onları yaxından tanımalarının dövlətə heç bir ziyanı yoxdur. Bu baxımdan düşünürəm ki, fərdi münasibətlər həm də dövlətçilik münasibətlərinə təsir göstərir, daha da yaxşı əlaqələr qurulur. Nəticə etibarilə xalqımız daha yüksək dividendlər qazanır. Mən belə bir addımı yüksək qiymətləndirirəm və düşünürəm ki, ölkə rəhbəri ilə yanaşı belə fərdi təbriklər ölkəmiz üçün müsbət haldır”.

Nəhayət, bu gün üçün də aktual olan sual: “Məhz bu əlaqələr fonunda Məmmədovlar və Tramp ailəsinin isti münasibətləri diqqətdən yayınmır. Elə bu səbəbdəndir ki, Donald Trampın prezident seçilməsinin Məmmədovlar ailəsinin yüksəlişi üçün zəmin yaratdığı iddiaları var. Razılaşırsınızmı bu iddialarla?”

Elton Məmmədovun cavabı belə olub: “Bizim yüksəlişimiz ölkə rəhbəri və Azərbaycan xalqı ilə bağlıdır. Mənim heç bir xarici vətəndaşlığım yoxdur ki, kiminsə haradasa seçilməsindən istifadə edim. Mən bunu belə qiymətləndirmirəm və belə də qəbul etmirəm. Allah bizi yüksəltsin, cənab prezident yüksəltsin və xalqımız da qiymət versin”.

Zənimizəcə, əlavə şərhə ehtiyac yoxdur...   

“Yeni Müsavat” 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR