İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhaliyə XƏBƏRDARLIQ - Bu gün saat 10:00-dan...

1060 27.07.2024 08:45 Ölkə A A

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar bir sıra ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Sözügedən ərazilərə saat 10:00-dan 12:30-dək Biləsuvarda Əmənkənd qəsəbəsi və rayonun bir hissəsi, saat 10:00-dan 12:00 kimi Cəlilabadda rayonun bir hissəsi, Masallının Həsənli, Xırmandalı, Qarğalıq, Şəhriyar, Kürdabad, Qədirli, Dəlləkli, Köçəri kəndləri aiddir.

Həmçinin saat 10:00-dan 13:00 kimi Lənkəranın Gərmətük, Aşağı Nüvədi, Şilim kəndləri, Yardımlının Gabran və Honovar kəndləri, saat 10:00-dan 12:00-dək Astaranın Kakalos, Kijəbə, Ərcivan, Səncərədi kəndləri, saat 10:30-dan 12:30-dək Lerik rayonunun bir hissəsi və Siyov kəndidə də elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq./Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR