İnsanlara hürriyət, millətlərə istiqlal!

Sinanyan Paşinyan-Ərdoğan görüşü haqqında: “Biz danışmayanda başqaları bunu edir”

798 31.05.2023 21:09 Region A A

 

“Diplomatiyada standart işlənən protokol və ifadələr var ki, buna aludə olub, böyük əhəmiyyət vermək vaxt itkisidir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri parlamentdə jurnalistlərə müsahibəsində Ermənistanın diasporla iş üzrə səlahiyyətli nümayəndəsi Zare Sinanyan Paşinyan-Ərdoğan görüşü barədə danışarkən deyib.

Sinanyan yerli jurnalistlərin “Paşinyan niyə “Ərdoğanla görüşü səbirsizliklə gözləyir” sualına da cavab verib.

“Niyə bu görüş vacibdir, çünki səhər yuxudan duranda bu reallığı görürük: 85 milyon əhalisi olan Türkiyə adlı qonşumuz və onun yenidən seçilmiş prezidenti var. Biz isə yaşamaq uğrunda mübarizə aparan dövlətik. Bu da o deməkdir ki, bizim rəhbərliyimiz Türkiyənin lideri ilə danışmalıdır. Tarix sübut edib ki, biz danışmayanda bunu başqaları edir”, - deyə Sinanyan bildirib.

Zare Sinanyan “Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı Paşinyanın mövqeyini bölüşürsünüzmü?” sualına ikibaşlı cavab verib: “Mən başa düşürəm ki, iki dövlət ərazi iddiaları qalmaması üçün bir-birlərinin ərazi bütövlüyünü tanıyır, lakin bu, faktı dəyişmir. Ermənilər burada yaşayırlar və sözügedən insanların öz müqəddəratını təyinetmə problemi mövcuddur”.

Ermənistanın diasporla iş üzrə baş komissarı bildirib ki, səslənən bəyanatlar 2020-ci il müharibəsinin nəticələri ilə bağlıdır.

Sinanyan Köçəryan-Sərkisyan hakimiyyətinin Ermənistanın son savaşda məğlub olmasında əli olması barədə verilən sualı müsbət cavablandırıb: “Əlbəttə, ölkəni zəif vəziyyətə salaraq...”

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR