İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyandan Rusiya AÇIQLAMASI 

1079 28.11.2023 17:10 Son xəbər A A

“Baş nazirin aparat rəhbəri Araik Arutyunyanın yazısında siyasi eyham görmürəm”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

Simonyan Rusiyanın Yuxarı Larsda yaratdığı problemin əslində iqtisadi deyil, siyasi xarakter daşıması barədə suala belə cavab verib: “Məndə olan məlumata görə, bu sərhəd məntəqəsində xidməti həyata keçirən qurumlarda dəyişiklik olub. Azərbaycan-Rusiya və ya Azərbaycan-Gürcüstan sərhədində də oxşar vəziyyət yaranıb”.

Parlament sədri müxtəlif fərziyyələr yürütməkdə tələsməməyə çağırıb:

“Bu məsələdə siyasi nəsə ola bilər, amma sizdən tələsməməyi və tələsik nəticə çıxarmamağınızı xahiş edirəm”.

“Siyasi səbəbləri istisna etmədiyinizi deyəndə nəyi nəzərdə tutursuz?” sualına erməni spikerin reaksiyası maraqlı olub:

“Məgər siyasi münasibətlərin gərgin olduğunu hiss etmirsiniz? Təbii ki, bilirsiniz. Mən də bunu nəzərdə tuturdum”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR