İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyan da Azərbaycan deyəni dedi - ermənilər şokda!

5416 08.12.2021 15:17 Yazarlar A A

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın daha bir ümidini kəsdi. Ümid edirdilər ki, Azərbaycan Bakıdakı diversantları azad edəcək. Olmadı! Gözləyirdilər ki, Hərbi Qənimətlər Parkının qapadılması tələbi qoyulacaq. Arzuları gözlərində qaldı! Ermənistanın iddiaları rədd edildi. Üstəlik, rəsmi İrəvan qarşısında tələb qoyuldu: “Ermənistan irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, irqi düşmənçiliyin qızışdırılmasının və təşviqinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidir!”

Ermənilər üçün növbəti zərbə oldu. Düzdür, Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycan qarşısında da ermənilərə qarşı irqi ayrıseçkiliklə bağlı tələb qoyulub, ancaq bu, simvolik mənas kəsb edir, bir az da ermənilərin “könlünü almağa” hesablanıb. İstənilən halda, ədalətsiz yanaşmadır. Azərbaycanın tolerantlığı bütün dünyaya bəllidir. Necə irqi ayrıseçkilik var ki, hətta Ermənistan Gəncəni bombalayanda dağıntılar altından çıxarılanlardan biri erməni millətinə məxsusu Azərbaycan vətəndaşı oldu. Bakıda yaşayan ermənilərin sayı on minlərlərdir. Hətta Ermənistanda nazir müavini işləmiş şəxslərdən birinin bacısının səsi rayonlarımızın birindən gəldi. Ermənistanda bircə nəfər tür-azərbaycanlı yaşayırmı? Yox! İrqi ayrıseçkilik, düşmənçilik, nifaq toxumunun səpilməsinin “bəhrəsi” belə olar! Gərəkdir ki, Beynəlxalq Məhkəmə də bu kimi incəlikləri nəzərə alsın. Hələ qarşıda növbəti məhkəmə davaları var.



Azərbaycan işğal dövründə dəymiş maddi, mənəvi zərərin ödənilməsi ilə bağlı hüquqi savaş açacaq Ermənistana qarşı. İşğalçı ilə işğala məruz qalan ölkələr arasında bərabərlik işarəsinin qoyulması ənənəsinə son verilməlidir, nəhayət! 30 illik “balans siyasəti”nin nəticəsini gördük, daha görmək istəmirik! Faşist Almaniyası darmadağın ediləndən sonar qurulan 1945-ci ilin oktyabrında keçirilən Nürnberq prosesində nasistlər “insanlığa qarşı cinayət, müharibə cinayəti, dünyada sülhə qarşı işlənən cinayət və müharibəyə səbəb olmaq” cinayətlərindən mühakimə edildi, onların bir çoxu hətta edam edildi. Amma kimsə qatillərə qarşılıqlı iddia açmağa şans vermədi. Belə olan təqdirdə müharibə cinayətlərinə imza atmış bir ölkəyə belə yüksək tribuna verilməsi anlaşılan deyil. Beynəlxalq hüquq tələb etsə də, normal görünmür. Avropa ölkələrindən birinə qarşı bu qədər cinayətlər törədilsə, eyni cür davranılardımı? Şübhə etmirik ki, Azərbaycan dövləti 44 günlük savaşda böyük zəfər qazandığı kimi, beynəlxalq məhkəmədə də zəfər qazanacaq, Ermənistan da, havadarları da məğlub duruma düşəcəklər.

Ölgün durumda olan, zərbəni zərbə ardınca alan Ermənistanda isə bizim zövqlə müşahidə edə bildiyimiz proseslər gedir. Ermənistan Baş Prokurorluğu “Ermənistan” blokunun deputatı, eks-müdafiə naziri Seyran Ohanyanın və onun arvadının əmlakına həbs qoyub! Təkcə onun da yox. Keçmiş president Serj Sərkisyanın mühafizə xidmətinin sabiq rəisi Vaçaqan Kazaryan və ailə üzvlərinin də əmlakı barədə həbs qərarı çıxarılıb. Bundan əlavə, Sərkisyanın qardaşı Levon Sarkisyan, onun oğlu və qızı, həmçinin, eks-spiker Qalust Saakyanın oğlu Arman Saakyan barədə də araşdırmalar başlayıb. Azərbaycana qarşı saysız-hesabsız cinayətlər törətmiş şəxslər ailələikcə mühakimə olunurlar! Onların ucbatından bölgəmiz qana boyandı, şəhər və kəndlərimiz darmadağın edildi, minlərlə insanımız məhv oldu…

Ancaq onların Ermənistanda mühakimə olunması hələ ilahi ədalət demək deyil. Bu, hayların öz davasıdır. Ədalət onda olacaq ki, Qarabağdakı cinayətlərin müəllifləri Azərbaycan məhkəməsinin və ya beynəlxalq tribunalın qarşısında dayanacaqlar. 44 günlük müharibədə Ohanyan da oğlu ilə birlikdə “döyüşürdü”, vəziyyəti görüb aradan çıxdılar.

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiasına baxan saatlarda isə bu cani Azərbaycan və Türkiyəyə qarşı nifrət püskürən qərar layihəsi hazırlayıb parlamentə təqdim etmişdi. Rədd elədilər layihəsini, üstəlik, cinayətlər yolu ilə qazandıqlarını burnundan gətirmək üçün proses başladıldı. Qarabağın sərvətləri hesabına varidat əldə edənlər Ermənistanla Azərbaycan arasında normal münasibətlərin yaranmasını qəti şəkildə istəmirlər, o cümlədən Ohanyan, Köçəryan, Sərkisyan...Onlar əmindirlər ki, münasibətlərin normallaşması halında bir gün müttəhimlər kürsüsündə oturmalı olacaqlar. Bax, 44 günlük müharibədə övladlarını itirənlər hakimiyyətin yaxasından yapışıb, onu didib-parçalamaq istəyir: “Bizim uşaqları niyə qırdırdınız”, deyərək. Qarabağ klanının liderləri məşhər gününün yaxında olduğunu anlayırlar. Ona görə də vaxtaşırı ordudakı dayaqlarına aranı qarışdırmaq üçün təlimat verirlər.

Əcaibi budur ki, hələ də erməni xalqı baş verənlərdən düzgün nəticə çıxara bilmir. Bunların beynini yuyublar, sanki. Keçirilən bir sorğuya baxdım, ermənilər türkə qarşı nifrət qusur, işğal dövründə də beləydi, indidə də. Arqumentləri də budur ki, “bu qədər qan tökülüb, bu qədər oğullar itirmişik, münasibətlərimiz necə normallaşa bilər?” Anlamırlar ki, bu qanın səbəbkarları özləridir, özlərinin keçmiş və indiki rəhbərləridir. Onların düşməni Türk deyil, elə özləridir!

Bu arada Ermənistan parlamentinin sədri Alen Simonyan erməni revanşistləri necə yandırıbsa, tüstüləri təpələrindən çıxır. Şokdadırlar! Spiker deyib ki, silahını atıb, Azərbaycana əsir düşənlər fərarilərdir və onlara cinayət işi açılacaq.

Əla! Bu, həm də “Bakıdakı hərbi əsirlər qaytarılsın” absurduna son qoymaq üçün super düsturdur. Bununla hakimiyyət də meydanlardan yığılmayan etirazçıları susduracaq: yəni onlar hərbi əsir deyil, fəraridirlər və cəzalandırılacaqlar!

Zatən, Azərbaycan da bunu deyir. Yəqin ki, ermənilər Simonyanı da “Türk agenti” adlandıracaqlar, iki gündür parlamentin, hökumət evinin qarşısından çəkilmirlər: spiker gəlsin, cavab versin, tələbini qoyublar. Maraqlıdır, didsinlər bir-birini. Bizimsə görüləsi işlərimiz çoxdur, Qarabağı yenidən qurmalıyıq, Zəngəzur dəhlizini açmalıyıq…Murovun altından çəklən tunelin 500 metri hazırdır, daha sonra İstisu sanatoriyasına 26 km-lik, ardınca Laçın aeroportunun tikiləcəyi əraziyə abad yol çəkiləcək…Bütün bu işlər isə böyük vəsaitlər tələb edir. Ermənistan vurduğu zərəri ya malı ilə, ya da tarixi Azərbaycan torpaqları olan ərazilərlə ödəməlidir, əksini düşünmürük.

Beynəlxalq Məhkəmədən bununla bağlı ədalətli qərar gözləyirik…

Bizimkilər - Elşad Paşasoy: “Bəlkə də mən yaxşı müəllim, ticarətçi, ya da  əkinçi ola bilərdim” - MÜSAHİBƏ - Modern.Az Azərbaycan və dünya xəbərləri

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR