İnsanlara hürriyət, millətlərə istiqlal!

Sibel Canla istirahət edən iş adamı aparıcıya evlilik təklifi etdi  

1051 17.05.2021 15:17 Şou-biznes A A


İş adamı Emir Sarıgül şəxsi həyatı ilə bir neçə gündür ki, maqazin gündəmini zəbt edib.

Musavat.com xəbər verir ki, müğənni Sibel Canla yaxtada istirahət edən iş adamı eyni zamanda aparıcı Buket Aydına çiçəklər göndərərək ona evlənmə təklifi edib.

O, Sibel Canla İstanbula qayıdan kimi özəl təyyarə ilə Bodrumda olan Buketin yanına gedib və yenidən evlənmə təklifi edib. Lakin Buket Aydın onun təklifini rədd edib.

Mətbuata açıqlama verən aparıcı mart ayında iş adamı ilə ayrıldığını, onunla evlənmək istəmədiyini bildirib. Sibel Canla bağlı suala isə cavab verməyib. O bildirib ki, iş adamı ilə müğənninin münasibəti onu maraqlandırmır.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR