İnsanlara hürriyət, millətlərə istiqlal!

“Səyyar qəbul otağı” Tərtərdə qurulub - Fotolar

895 03.10.2022 16:37 Sosial A A

Abonentlərin qarşılaşdığı problemlərin həlli  məqsədilə SOCAR “Azəriqaz” İB-nin Azərbaycanı rayonbarayon gəzən “Səyyar qəbul otağı” həftənin ilk iş günündə Tərtərdə qurulub.

Musavat.com-un xəbərinə görə, aksiyaya ümumilikdə 14 müraciət daxil olub.

Əzəmət Əvəzlinin timsalında daha 4 abonent fərdi yaşayış evində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsini xahiş edib. Qaz sayğacının yerinin dəyişdirilməsi ilə bağlı ünvanlanan müraciətlərin də sayı 4 olub.

Müraciətlər siyahısında debitor borcun hissə-hissə ödənilməsinə icazənin verilməsi, qaz xəttinin yerinin dəyişdirilməsi və qapı keçidinin qoyulması kimi istəklər yer alıb. Hər bir müraciət Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb. Bəzi müraciətlərin araşdırılmasına dair tapşırıq verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR