İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sevdim, həm də çox sevdim”- Güneldən etiraf

1447 24.07.2019 14:42 Şou-biznes A A

Müğənni Günel Zeynalova sosial şəbəkədə sevgi etirafı edib.

Musavat.com xəbər verir ki, ifaçı bitmiş sevgi münasibətlərini xatırlayıb:
"Köhnələr yaxşı bilir ki, böyük ağacların kölgəsi qayğı doludur. Ayrılıq ərəfəsində çox sevgililərin yolu düşür oradan. Kimi duasına qovuşmaq istər, kimi bitməsini istədiyi sevgisinin duasını edər. Mən də etdim, elə ürəkdən etdim ki, qəbulu mümkün oldu. Nə gözəldir bir ürəyin kölgəsinə sığına bilmək. Ağlamaq da yaraşır bu gözlərə, çünki gülümsəyə bilir. Ürəyimdə heç bir hissi əmanət yaşamadım ki, "məni incidənləri, qıranları sevmədim" deyə bilim. Sevdim, həm də çox sevdim. Saydım olduğu kimi, dəyişdirmədim.
Ürəyinizdə kölgələrə sığına biləcəyiniz sevdikləriniz olsun. Çətin olsa da, daim olsun. Ağacların budaqları, rəngləri fərqli-fərqli, mənzərənin gözəlliyinə baxın. İnsanların da xarici görünüşünə baxın. Əslində hər kəsin qəlbinin dərinliyinə enib, baxmaq lazımdır. Bizi unuda bilən, bizsiz yaşayan ürəklərə salam olsun".

Qeyd edək ki, ifaçının adı sonuncu dəfə Türkiyənin məşhur müğənnisi Orhan Ölməzlə hallanırdı.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR