İnsanlara hürriyət, millətlərə istiqlal!

Sergey Lavrov Qərbi Gürcüstanda “geopolitik mühəndislik” etməkdə suçladı

567 24.06.2019 16:18 Region A A

Rusiya xarici işlər naziri Sergey Lavrov Gürcüstanda baş verənlərə münasibət bildirib.

“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, o, rusiyalı deputat Sergey Qavrilovun Tiflisə səfəri sonrası çıxan iğtişaşlardan Qərbi məsul tutub.

Onun fikrincə, gürcü siyasətçilərinin xaricdən gələn məsləhətlərə kor-koranə qulaq asmaları əvvəl-axır böyük potensiala malik bir ölkənin beynəlxalq yardımdan mədət ummasına və Ukrayna təcrübəsini yaşamasına gətirib çıxaracaq.

“Bizim qərbli həmkarlarımızın məşğul olduğu geopolitik mühəndisliyinin növbəti nümunəsi Gürcüstanda göründü”, - deyə Sergey Lavrov qeyd edib.

Sergey Lavrovun sözlərinə görə, Qərb Moskva və Tiflis arasında bütün bağları qoparmaq üçün oradakı ultramillətçilərin özbaşınalığını və rus düşmənçiliyini görməzdən gəlir.

Qeyd olunur ki, artıq Gürcüstanda rus dilində filmlərin göstərilməsi qeyri-rəsmi olaraq yasaqlanıb.

Artıq Tiflis kinoteatrlarında kino yalnız gürcü və ingilis dillərində nümayiş etdirilir.

Bu barədə Tiflisin Kinotetraları Assosiasiyası tərəfindən məlumat verilib. Qurum belə bir qərarın iyunu 20-də alındığını təsdiqləyib.

Rusiyanın özündə isə Kremlin sərt addımlarından narazılıq edən çoxdur. Xüsusilə Vladimir Putinin Tiflisə uçuşların qadağan edilməsi barədə fərmanı turist şirkətlərini olduqca pis vəziyyətdə qoyub.

Kremlin bu addımının ən çox Gürcüstan turizminə zərbə vuracağı rəqəmlərdən görünür. Rəsmi hesablamalara görə, Rusiyadan gələn turist axınının kəsilməsi ölkə iqtisadiyyatına ən az 250-300 milyon dollar civarında zərər yetirəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR