İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz və aerokosmik qüvvələri Bəhreyn və Küveytdəki Amerika hərbi bazalarına zərbələr endirib.
Musavat.com xəbər verir ki, məlumat SEPAH-ın İran dövlət televiziyasında yayımlanan açıqlamasında yer alıb: "Düşmənin ölkənin müxtəlif yerlərinə hücumlarından qısa müddət sonra dəniz və aerokosmik qüvvələrimiz birgə raket və pilotsuz təyyarə əməliyyatı zamanı iki ABŞ bazasında - Küveytdəki Əli əs-Salem və Arifcan, eləcə də Bəhreyndə Əl-Cufeyr və Şeyx İsa bazalarında əsas obyektləri və infrastrukturu məhv edib".
SEPAH xəbərdarlıq edib ki, ABŞ hücumları təkrarlanarsa, Tehran Yaxın Şərqdəki digər ABŞ hərbi bazalarını hədəf alaraq cavab tədbirlərini genişləndirəcək.
Musavat.com






