İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropda etiraf: Türkiyə oyun qaydalarını dəyişir

361 10.07.2026 03:27 Dünya A A

Türkiyə son illərdə hərbi gücü, müdafiə sənayesi və diplomatik təsiri ilə Avropanın liderinə çevrilir.

Musavat.com xəbər verir ki, "The Telegraph" nəşrinin yazdığına görə, Ankarada keçirilən NATO sammiti fonunda Türkiyə həm hərbi potensialını, həm diplomatik nüfuzunu, həm də strateji coğrafi mövqeyini nümayiş etdirir.

Məqalədə bildirilir ki, NATO-nun say baxımından ikinci ən böyük ordusuna malik olan Türkiyə son on ildə müdafiə sənayesinə ciddi sərmayələr yatırıb.

Hazırda ölkə öz hərbi ehtiyaclarının təxminən 80 faizini daxili istehsal hesabına qarşılayır. Eyni zamanda, Türkiyənin silah ixracı ötən il 10 milyard dolları ötərək rekord həddə çatıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR