Son vaxtlar bank kartları vasitəsilə törədilən kiberdələduzluq hallarının sayı sürətlə artır. Şəxsi məlumatların oğurlanması hazırda qlobal miqyasda ən böyük təhlükələrdən birinə çevrilib. Mövcud vəziyyətdə kart sahiblərinin rəqəmsal savadlılığı və təhlükəsizlik qaydalarına riayət etməsi xüsusi əhəmiyyət daşıyır.
Bu barədə Demokrat.az-a İT mütəxəssisi Ruslan Haqverdiyev fikir bildirib.
"Dələduzlar bunu hər hansı xüsusi proqram vasitəsilə həyata keçirmirlər. Onlar əvvəlcədən qurbanlarını seçirlər. Əsasən telefon və bank xidmətlərindən istifadə qaydalarını yaxşı bilməyən insanları hədəfə alırlar. Vətəndaşlar isə bilmədən bank kartının məlumatlarını, SMS-lə göndərilən təsdiq kodlarını və digər şəxsi məlumatlarını dələduzlara təqdim edirlər. Nəticədə dələduzluq baş verir.
Bu problem təkcə Azərbaycana xas deyil, dünyanın bir çox ölkəsində oxşar kiberdələduzluq halları müşahidə olunur", - deyə sonda Ruslan Haqverdiyev fikrini tamamlayıb.
Mütəxəssis əlavə edib ki, bu problem qlobal xarakter daşıyır və bir çox ölkədə eyni üsullarla törədilir.
Beləliklə, şəxsi bank məlumatlarını və təhlükəsizlik kodlarını heç bir halda kənar şəxslərlə bölüşmək olmaz.






