İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan Türkiyəyə hədə: Trampa Ankarada sui-qəsd...

1011 10.07.2026 01:34 Dünya A A

İran Dövlət Televiziyasının keçmiş rəhbəri İzzətullah Zərğami Türkiyə ilə bağlı diqqətçəkən paylaşım edib.

Musavat.com xəbər verir ki, o, Xarici İşlər Nazirliyini Türkiyənin Tehrandakı səfirini çağırmağa səsləyib.

İran Dövlət Televiziyasının keçmiş rəhbəri İzzətullah Zərğami qalmaqallı bəyanatında ABŞ Prezidenti Trampın Türkiyəyə səfərinə toxunaraq, Xarici İşlər Nazirliyindən Türkiyə səfirini çağırmağı tələb edib.

O vurğulayıb ki, İran qonşuları ilə münasibətləri qorumaq xatirinə, Trampın əlçatan olmasına baxmayaraq, ona sui-qəsd təşkil etməyib.

İzzətullah Zərğami "X" sosial şəbəkəsində belə yazıb:

“Dostluq və mehriban qonşuluq münasibətlərini qorumaq xatirinə Trampa Türkiyədə sui-qəsd etmədik. Türkiyə səfirini çağırın və ona xəbərdarlıq edin; o dəli Tramp oradan İrana hücum əmri verir. Diplomatiya dilində dünyaya başa salın ki, mərhum liderimizin qatili qisas üçün əlçatan idi. Qonşularla dostluq və mehriban qonşuluq hisslərini qorumaq xatirinə ona toxunmadıq".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR