İnsanlara hürriyət, millətlərə istiqlal!

Tribunada etdiyi bu hərəkət gündəm oldu VİDEO

1081 09.07.2026 15:06 Maraqlı A A

ABŞ millisinin Dünya Çempionatından kənarlaşmasından sonra tribunada oyunu izləyən amerikalı rəqəmsal məzmun yaradıcısının yaşadığı stress diqqət çəkib.

Musavat.com xəbər verir ki, komandasının buraxdığı qollardan sonra əlindəki bananı təlaşla yeyən gənc qadının gərgin halları qısa müddətdə sosial mediada ən çox müzakirə olunan görüntülərdən birinə çevrilib.

ABŞ-ın Dünya Çempionatına vida etməsinin rezonansı davam edərkən, tribunadan yansıyan bir görüntü qarşılaşmanın özündən daha çox diqqət çəkib. Komandasının mübarizəni dayandırmasına şahidlik edən amerikalı məzmun yaradıcısı yaşadığı stressi qeyri-adi bir şəkildə büruzə verib.

Qarşılaşma zamanı çəkilən görüntülərdə üzərində "USA" yazılmış svitşort olan gənc qadının, komandasının buraxdığı qollardan sonra böyük məyusluq yaşadığı görülüb. Gərginliyi sifətinə yansıyan azarkeşin əlindəki bananı təlaşla və ard-arda yeməsi diqqətdən yayınmayıb.

Tribunada olan digər ABŞ azarkeşlərinin də oxşar şəkildə böyük kədər yaşadığı kameralara əks olunarkən, gənc qadının bu qeyri-adi reaksiyası qısa müddətdə sosial mediada geniş maraq doğurub. Xüsusilə banan yeyərkən gərgin sifət ifadəsi, matçdan sonra ən çox danışılan məqamlardan birinə çevrilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR