Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA-ların Rusiya ərazisinə və dəniz qüvvələrinə qarşı həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar nəticəsində Rusiyanın "kölgə donanması" və hərbi logistikasına ağır zərbə vurulub.
Musavat.com son gecə ərzində aparılan hücumlar nəticəsində 12 tanker, yedək gəmisi və quru yük gəmisi, eləcə də bir neçə neft terminalı və sursat anbarı tamamilə və ya qismən sıradan çıxarılıb. Xüsusilə, Rostov vilayətindəki strateji "Yuq Rusi" neft terminalına endirilən dəqiq zərbələr yanacaq təchizatına ciddi maneələr yaradıb.
Bununla yanaşı, Luqansk vilayətinin Sorokino yaşayış məntəqəsi yaxınlığında yerləşən Rusiya ordusunun iri sursat anbarı da məhv edilib.
Ukraynanın bu intensiv əməliyyatları həm cəbhədəki hərbi potensialı zəiflətmək, həm də Rusiyanın sanksiyalardan yan keçməklə əldə etdiyi iqtisadi gəlir mənbələrini sıradan çıxarmaq strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.
Musavat.com






