İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən ABŞ-yə qarşı DEMARŞ - Nə baş verir?

495 09.07.2026 14:24 Dünya A A

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ağ Evin gərginliyi artırmaqla Ukraynadakı münaqişəni sülh yolu ilə tənzimləyə biləcəyinə dair yanaşmasını sərt tənqid edərək, bu mövqeyi tamamilə yanlış hesab etdiklərini bildirib.

Musavat.com xəbər verir ki, Peskovun sözlərinə görə, Vaşinqtonun bu istiqamətdəki düşüncələri kökündən səhvdir və eskalasiyanın davam etməsi sülh prosesini yaxınlaşdırmaq əvəzinə, daha da uzaqlaşdırır.

Kreml nümayəndəsi vurğulayıb ki, Kiyev rejiminin Rusiya infrastrukturuna endirdiyi zərbələr yalnız Rusiya hərbçiləri tərəfindən yaradılan təhlükəsizlik zonasının – bufer zonanın daha da genişlənməsinə gətirib çıxaracaq.

O, gərginliyin artırılmasının münaqişənin həllinə heç bir töhfə vermədiyini və bu cür təzyiq metodlarının reallıqla uzlaşmadığını bir daha xatırladıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR