Meyxanaçı Rüfət Nasosnu jurnalist Səidə Bəkirqızının reabilitasiya mərkəzinə dəvət olunmasını tənqid edib. Musavat.com xəbər verir ki, o, jurnalistin bu cür tədbirlərə dəvət edilməsinin məqsədini anlamadığını bildirib.
"Bu gün qarşıma reabilitasiya mərkəzlərinin birindən bir video çıxdı. Orada Səidə Bəkirqızını gördüm. Mənə maraqlı gələn həmin reabilitasiya mərkəzinin rəhbərləridir. Siz bu adamı bura hansı məqsədlə çağırmısınız? Hətta rəy də yazdım ki, ehtiyac varsa, məni çağırın, gəlib söhbət edək, fikir mübadiləsi aparaq.
Səidə Bəkirqızı kimə və nə ilə təsir edəcək? Hansı davranışı və ya hansı həyatı ilə kiməsə nümunə olacaq? Bu, onun sahəsi deyil. Bir dəfə yox, artıq dəfələrlə bu cür videolar görmüşəm. Məncə, hər kəs öz peşəsi ilə məşğul olsa, daha yaxşı olar. Sən televiziya mühəndisisən, reabilitasiya mərkəzində nə işin var?" – deyə meyxanaçı bildirib.
Rüfət Nasosnunun bu fikirlərinə Səidə Bəkirqızı da gecikmədən reaksiya verib. Jurnalist sosial şəbəkədə paylaşdığı videoda meyxanaçının danışıq tərzini yamsılayaraq ona cavab verib.
Həmin görüntüləri təqdim edirik.
Şahanə Rəhimli
Musavat.com






