İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkirdə yeni inşa olunan körpələr evi-uşaq bağçası istifadəyə verilib

534 23.02.2021 15:10 Son xəbər A A

Bu gün Şəmkir şəhərində yeni tikilən 7 saylı körpələr evi-uşaq bağçasının açılışı olub.

2 yaşından 6 yaşınadək uşaqların zövqünə uyğun qurulan 55 yerlik körpələr evi-uşaq baxçasında balaca fidanların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün lazım olan bütün müasir şərait yaradılıb və müvafiq inventarla təchiz edilib.

Burada müxtəlif yaş qrupları üçün məşğələ otağı, rəsm və musiqi zalları, yeməkxana var. Uşaqların maraqları nəzərə alınaraq bağçanın həyətində müxtəlif istirahət guşələri yaradılıb.

Tədbirdə çıxış edənlər Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Xanım Əliyevanın məktəbəqədər təhsilə göstərdiyi diqqət və qayğından, bu istiqamətdə görülən işlərdən və körpələr üçün yaradılan şəraitdən danışıblar.

Açlışda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən körpələrin düzgün təlim-tərbiyyə olunması, onların gələcəyinin sağlam təməl üzərində qurulması üçün həyata keçirilən layihələr barədə məlumat verib.

7 saylı körpələr evi uşaq bağçasının kollektivi və valideyinlər də göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR