İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəkidə vətəndaşlardan qanunsuz odlu silahlar götürülüb

398 09.12.2021 14:14 Son xəbər A A

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə saxlanılan qanunsuz odlu silah-sursatın aşkar edilməsi, eləcə də vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilməsi istiqamətində əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, belə ki, rayonun Oxud kənd sakini İsrafil Abdullayev ərizə ilə müraciət edərək onda müvafiq sənədlər olmayan odlu silahların olduğunu bildirib və 2 ədəd ov tüfəngini könüllü olaraq polisə təqdim edib.

Rayonun Kiş kəndi ərazisində isə şübhəli bağlamanın olması barədə polis şöbəsinə məlumat daxil olub. Daxil olmuş məlumatla əlaqədar əraziyə baxış keçirilib və oradan 2 ədəd “İJ” markalı tüfəng aşkarlanaraq görülüb.

Faktlarla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Ümumilikdə isə cari il ərzində keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində vətəndaşlardan qanunsuz olaraq saxladıqları 3 yivli və 2 yivsiz odlu silah, eləcə də 27 ədəd soyuq silah aşkarlanaraq götürülüb. Faktlarla bağlı 2 cinayət işi başlanılıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR