İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəkidə güclü külək iri gövdəli ağacı evin üzərinə aşırıb - FOTO

719 25.05.2019 22:30 Son xəbər A A

Şəkidə güclü külək ağacı aşırıb.

ONA-nın xəbərinə görə, hadisə rayonun M.Ə.Rəsulzadə küçəsi, ev 333B ünvanında qeydə alınıb. İri gövdəli ağac hasarı və yaşayış evinin bir hissəsini dağıdıb.

Şəki rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə icra nümayəndəsi Rasim Həsənov ONA-ya bildirib ki, hadisə zamanı evdə adam olmayıb: "Hadisə nəticəsində evin qaz xəttinə, elektrik xəttinə ziyan dəyib. Hazırda Şəki şəhərində ağac aşması ilə bağlı 6-7 müraciət daxil olub, ciddi fakt olmayıb. Kəndlərdən də güclü küləyin fəsadları, ağac aşması ilə bağlı məlumatlar daxil olur".

R.Həsənov bildirib ki, hazırda "Azəriqaz" və "Azərişıq"ın nümayəndələri ərazidədirlər və hadisənin fəsadları aradan qaldırılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR