İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid Elşad Zeynallının ailəsi aylar sonra elə şeylər danışdı ki... VİDEO

1566 26.07.2021 21:14 Gündəm A A

“YAŞAT” Fondu şəhid ailələrinin məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə işləri davam etdirir.

Musavat.com xəbər verir ki, Fond bu dəfə şəhid Zeynallı Elşad Elman oğlunun ailəsinin Lənkəranda yerləşən evinin təmirini həyata keçirəcək.

Şəhidin atası bildirir ki, Vətən Müharibəsi başlayan zaman cəbhəyə yollanan Elşad ailəsi ilə 4 dəfə əlaqə saxlaya bilib. Şəhidin atasının sözlərinə görə, oktyabrın 5-i oğlunun şəhid xəbəri gəlib. Vətən yolunda oğlunu qurban verən Elman Zeynalov vurğulayıb ki, müharibə itkisiz olmur. 

Şəhid atası həmçinin evinin təmirini həyata keçirən “YAŞAT” Fonduna öz təşəkkürünü bildirib.

Bundan əlavə şəhid Seyfullazadə Kamran Cəlal oğlunun anası Ruqiyyə Seyfullayeva şəhid oğlunun evinin təmir edildiyi üçün Fonda minnətdarlıq edib: “Vətən üçün böyütdüyüm vətənə nəsib oldu”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR