İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhərlər çox idman etmək olmazmış...

6204 18.07.2019 10:10 Maraqlı A A

Mütəxəssislər həyəcan təbili çalır

Sağlam qalmaq istəyən insanlar idman üçün adətən səhər saatlarını seçir. Qaçmaq, gəzintiyə çıxmaq, idman zallarına getmək əsasən səhər saatlarında ayrılacaq vaxtlar üçün keçərlidir. Ən azı əksərimiz bunun vaxtını belə bilirik.

Amma elmi araşdırmalarda fərqli məqamlar öz əksini tapır. “Yeni Müsavat” xəbər verir ki, ümumiyyətlə, məşq vaxtı əzələ artımı üçün güc məşqləri ilə yağ yandırmaq üçün kardio məşqlərini ayırmaq lazımdır. Belə ki, onların enerji sərfiyyatı fərqli olduğu üçün orqanizm faktiki olaraq eyni vaxtda həm əzələ yığa, həm də yağ yandıra bilmir.

Ənənəvi olaraq hesab olunur ki, səhərlər kardio məşqlər üçün daha əlverilşli zaman kimi qəbul edilir. Günorta və axşam saatlarında isə əzələ yığmaq üçün məşqlər edilə bilər. Lakin məşq saatlarının seçilməsi adətən həyat tərzi və gündəlik işlərdən asılı olaraq seçilir.

Səhər tezdən məşq bir çoxları üçün olduqca çətin gəlir. Bu zaman insanın yetərli enerjisi olmadığı üçün yorulma faktı müşahidə olunur.

Digər bir sual isə odur ki, səhərlər idman zalına getmək nə dərəcədə doğrudur. İnsan yuxudan oyanan kimi, səhər yeməyini yemədən, sadəcə, bir stəkan su və ya meyvə şirəsi içməklə o qədər enerjini necə xərcləyə bilər? Əgər qlikogen ehtiyatınız yetərli olmasa, məşq zamanı qanda şəkəriniz aşağı düşəcək, bununla da məşqiniz ağırlaşacaq, huşunuzu belə itirə bilərsiniz. Məşq üçün orqanizmin qlikogen formasında 100-150 qr karbohidrata ehtiyacı var.

Məşqdən saat yarım əvvəl güclü səhər yeməyi əzələlərinizi enerji ilə doldura bilər. Məsələ ondadır ki, məşqdən sonra əzələlər yenidən qida tələb etdiyi üçün ikinci səhər yeməyinə də ehtiyac olacaq.

Əgər səhər yeməyi yeyə bilməmisinizsə və zala gedirsinizsə, ən azı geyner qəbulu mütləqdir! Zala çatdıqda artıq idman qidası həzm olunacaq və enerjisi qana yayılacaq. Yaxşı olar ki, məşqdən sonra səhər yeməyi yeyəsiniz. Bu, ümumiyyətlə, optimal metod hesab olunur. Tox qarına məşq etmək bir çoxları üçün olduqca çətindir.

Ä°lgili resim

Yağ yandırma prosesi yalnız qanda şəkərin az olması halında baş tutur. Buna görə arıqlamaq istəyənlər kardio məşqlərini ən azı 30-40 dəqiqə davam etdirməlidirlər. Bu zaman orqanizm qlikogen enerjisini sərf edir və qanda şəkərin miqdarı düşməyə başlayır. Ardınca adrenalin hormonu yüksəlməyə başlayır ki, yağları yandırır. Səhər tezdən bu proses daha az zamanda baş verir.

Həkimlər məsləhət görür ki, hər gün azı 45 dəqiqə idman etmək lazımdır. Əslində bu, ən az həddir. Amma vaxt varsa idmanın bir-iki saat edilməsi tövsiyə edilir. İdmanı nə vaxt etmək barədə xüsusi qayda olmasa da, səhərlər idman etmək məsləhət görülmür. Çünki əsas etibarilə ürək problemləri və ani hipertonik böhranlar səhər saatlarında olur. Diabet xəstələrinə axşam yeməyindən 2 saat sonra idman etmək tövsiyə olunur.

Piyada gəzmək çox faydalıdır, amma aktiv sürətlə gəzmək məsləhətdir. Qaçaraq deyil, iri addımlarla addımlamaq daha faydalıdır. Hərəkət zamanı döş sümüyü arxasında ağrıları olmayan və 45 yaşından aşağı olanlar müəyyən qədər idman edə bilərlər.

Maddələr mübadiləsini işlətmək üçün oyandıqdan 30 dəqiqə sonra nahar etmək lazımdır. Ancaq səhər idmanlarına görə nahar etmirik. Belə olanda, bütün gecə ac qalan bədənimiz boşalan enerji anbarlarını doldurmaq üçün daha çox karbohidrata ehtiyac duyur.

Təklif odur ki, idmandan əvvəl zəngin bir nahar etmək yerinə bir ovuc quru ərik və ya yarım banan yeyə bilərsiniz. Bundan başqa, bədəniniz gecə boyunca susuz qalır ki, buna görə mütləq bir stəkan su içməlisiniz.

Sevinc TELMANQIZI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR