İnsanlara hürriyət, millətlərə istiqlal!

SƏDAQƏT VƏLİYEVA: "RÖVNƏQ ABDULLAYEVLƏ QOHUM DEYİLİK"

7040 24.04.2012 17:06 Son xəbər A A

Sabunçu rayon 4 saylı Vərəm Əleyhinə Dispanserinin baş həkimi vəzifəsində ictimai əsaslarla çalışdığını bildirən S.Vəliyeva ARDNŞ prezidenti Rövnəq Abdullayevlə münasibətlərindən də danışıb.

- Mətbuatda daha çox Rövnəq Abdullayevin xalası qızı, yaxud yaxın qohumu kimi təqdim olunursunuz. Amma heç vaxt da bununla bağlı açıqlamanıza rast gəlməmişəm...

- Bu, yanlış məlumatdı. Mən Rövnəq müəllimin xalası qızı, qohumu deyiləm. Sadəcə. Biz bir regiondanıq, eyni məhəllədə böyümüşük. Mən yaşca ondan böyüyəm. Amma bu məsələnin müzakirə edilməsini də doğru hesab etmirəm. Qohum olmaq cinayət deyil ki... Azərbaycan xalqının hamısı bir-biri ilə qohumdur, elə siz də mənim qohumumsunuz. İnsanı vəzifəyə qohumluğa, tanışlığa görə təyin etmirlər, seçmirlər. Mənim yaşıma, əmək fəaliyyətimə baxsınlar. Bunu daha çox müxalifət mətbuatı yazırdı. Onlara qalsa, ölkəni başdan başlayıb, ayaqda qurtarar, istədiyi şeyi yazarlar. Görülən işlərə daim kölgə salmağa çalışırlar. Xalq bu gün onları dəstəkləmir. Biz bir olmalıyıq. Vaxtilə Azərbaycan xanlıqları birləşsəydilər, bəlkə də indi Azərbaycan bu halda – parçalanmış vəziyyətdə olmazdı. İki sözləri var: korrupsiya və Qarabağ. Mitinqlərdə başqa söz tapmırlar danışmağa. Onlara demək lazımdır ki, Qarabağ sizin günahınızdan getdi...

- Nizami rayonunun ərazisində müxalifət partiyalarının qərargahı varmı?

- Bəli var, çox sərbəst şəkildə fəaliyyət göstərirlər. Hətta qəzet də buraxırlar (“Yeni Müsavat” qəzetinin Nizami rayonu ərazisində yerləşən ofisi nəzərdə tutulur – red.).

- 2010-cu ildə keçirilmiş parlament seçkiləri zamanı Sizin müxalifətdən olan rəqibiniz də elə həmin qəzetin baş redaktoru idi – Rauf Arifoğlu...

- Rəqib deməzdim. Sadəcə olaraq o da namizəd idi. Onsuz da onların hamısı bir-birinə rəqib sayılır.

- Rəqibinizin sahibi olduğu qəzetin Sizin haqqınızda yazdıqlarını oxuyurdunuzmu?

- Arabir oxuyurdum.

- Ümumiyyətlə, mətbuatı izləyirsinizmi?

- Bəli. Dövlət qəzetlərini, partiyamızın qəzetini izləyirəm. Vaxt olanda bütün qəzetləri oxuyuram. Ziyalı insanıq, hətta xarici mətbuatla da maraqlanmalıyıq. Amma mən haqqımda yazılanlara reaksiya verən deyiləm. Əgər mənim haqqımda yazırlarsa, deməli, diqqət mərkəzindəyəm. Maraqlanıb yazırlar da... Bir dəfə yazmışdılar ki, Sədaqət xanım pul paylayır. Əvvəla, mən həkiməm, özü də vərəm kimi xəstəliyə yoluxmuş insanlara qulluq edən bir həkiməm. Atamdan da mənə var-dövlət qalmayıb. Əgər olsa, xalqımın hər nümayəndəsinə kömək etməyə hazıram. O yazını yazan vaxt Ahıllar Günü ilə bağlı İcra Hakimiyyətinin tədbirinə getmişdim. Onda hələ seçkilərə start verilməmişdi. Axı o yazını yazanlar da bu xalqın övladlarıdır. Heç olmasa bir dəfə Ahıllar Günü münasibətilə təbrik edərdilər. Ancaq təbrik də onların yadından çıxıb.

- Siz Milli Məclisin plenar sessiyalarında nadir hallarda çıxış edirsiniz, yəni aktiv deputatlardan deyilsiniz...

- Ola bilər ki, mən iclaslarda az danışıram. Amma az danışmaq heç də aktiv olmamaq demək deyil. Onsuz da deputatın işi danışmaqdır. Hətta “deputat” sözü də “danışan” sözündən götürülüb. Mənim bütün deputatlara böyük hörmətim var. Milli Məclisdə üç, hətta dörd çağırış deputat seçilmiş şəxslər var. Yəqin ki, onların təcrübəsi mənim təcrübəmdən daha çoxdur. Təbii ki, onlarla mənim aramda fərq olmalıdır. Çalışıram parlamentdə, üzvü olduğum Sosial siyasət Komitəsinin iclaslarında öz sahəmə aid məsələlərdən danışım: tibb, insanların sosial problemləri. Orada öz sözümü, fikrimi çatdırıram. Həmçinin, müvafiq şöbələrlə işləyirik. Yəni, plenar sessiyada az danışmaq o demək deyil ki, mən aktiv deyiləm.

- Milli Məclisin iclaslarında deputatlardan kiminlə yanaşı əyləşirsiniz?

- Rövnəq Abdullayevlə.

- Milli Məclisin xanım üzvləri arasında rəfiqəniz varmı?

- Mənim heç vaxt rəfiqəm olmayıb. Parlamentdə hamı ilə dostluq, qarşılıqlı hörmət münasibətindəyik.

- Ailəniz haqda az da olsa məlumat verməyinizi istərdik.

- Mənim bir övladım var, ali təhsillidir. Xarici Dillər Universitetini bitirib, ailəlidir.

- Nənə olmamısınız ki?

- Yox hələ...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR