İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçkidə məğlub olan revanşistlər HƏRƏKƏTƏ KEÇDİLƏR

448 16.06.2026 13:09 Region A A

Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini qəbul etməyən revanşist “Birlik Qanadları” Partiyası Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırlaşır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu siyasi qüvvənin nümayəndəsi Liparit Drmeyan mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, seçkiqabağı təşviqat kampaniyası və səsvermə prosesi hakimiyyətin inzibati resurslarından geniş istifadə etdiyi və qorxu mühitinin hökm sürdüyü şəraitdə keçirilib.

Drmeyan bildirib ki, partiya İrəvandakı bütün seçki məntəqələri, eləcə də bir sıra bölgələr üzrə nəticələrdən şikayət edib, səslərin yenidən sayılmasını, bəzi hallarda isə təkrar səsvermənin keçirilməsini tələb edib.

“Birlik Qanadları” seçkilərin nəticələrinin seçicilərin real iradəsini əks etdirmədiyini iddia edir. Partiya nümayəndələri hakim “Vətəndaş Müqaviləsi” Partiyasını təşviqat dövründə inzibati imkanlardan istifadə etməkdə, müxtəlif sosial təşəbbüslər və mükafatlandırmalar vasitəsilə seçicilərə təsir göstərməkdə günahlandırıblar.

Partiyanın digər təmsilçisi Armen Qalstyan isə Mərkəzi Seçki Komissiyasının mandat bölgüsü ilə bağlı qərarının da hüquqi baxımdan mübahisəli olduğunu iddia edib.

Liparit Drmeyan seçkilərin nəticələrindən narazı qalan bütün müxalif qüvvələri Konstitusiya Məhkəməsinə müraciət prosesinə qoşulmağa çağırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR