İnsanlara hürriyət, millətlərə istiqlal!

Səbinə Babayeva da boşandı - FOTO

4547 16.05.2020 19:00 Şou-biznes A A

Əməkdar artist, müğənni Səbinə Babayeva rejissor əri Cavidan Şərifovdan boşanıb.

Musavat.com bildirir ki, müğənni bu barədə öz “İnstagram” səhifəsində məlumat verib. Müğənni Azərbaycan və rus dilində bu qeydi edib:

“Ciddi adət-ənənələrin olduğu ailədə böyümüşəm. Qurduğum öz ailəm mənim üçün hər şeydən öndə gəlir. Tamamilə öz ailəmə bağlı olmuşam, bu mənim üçün ən böyük xoşbəxtlik idi. 

Təəssüflər olsun ki, anlaşılmazlıqlar mənim ailə həyatıma son qoydu. Bizim çox sevdiyimiz oğlumuz var və onun tərbiyəsi, gələcəyi bizim hər birimiz üçün hər şeydən önəmlidi. Öncədən məni sevən və dəstək verən hər kəsə təşəkkür edirəm. KİV-nin nümayəndələrindən xahiş edirəm ki, bu çətin vaxtda bizi incitməyəsiniz. Mövzu haqqında mənim ilk və son şərhimdir. Hər birinizə xoş arzular diləyirəm”.

Xatırladaq ki, Səbinə Babayev 2012-ci ildə Bakı keçirilən Avroviziya Mahnı Müsabiqəsində ölkəmizi təmsil edib və 4-cü yeri tutub. 

Xalidə Gəray
Musavat.com 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR