İnsanlara hürriyət, millətlərə istiqlal!

Saxta vəsiqə qalmaqalına ilginc reaksiyalar

1125 15.02.2019 00:02 Ölkə A A

Elbəyi Həsənli: “Onlar da bu boyda partiyanı öz şəxsi maraqlarına qurban verib”; Sahib Məmmədov: “Azərbaycanda özünü müxalifət adlandıranlar istisnasız bu prosesdə iştirak edir”

Müsavat Partiyasında saxta vəsiqə qalmaqalı müzakirə edilməkdədir. Hər nə qədər Müsavat Partiyası rəhbərliyi bu məsələ ilə bağlı mediaya açıqlama verməsə də, prosesin davam edəcəyi gözləniləndir.

 

Bu qalmaqalla bağlı sosial şəbəkədə Müsavat yetkililərinin statuslarını təqdim edib. Hazırda İsveçdə yaşayan jurnalist Elbəyi Həsənli isə hadisəyə belə yanaşma sərgiləyib: "Heyf Müsavat Partiyasından".

 

Ä°lgili resim

Elbəyi Həsənli

Deyir ki, Müsavat partiyasında başqanlığa iddialı olan Yadigar Sadıqovla hazırkı sədr Arif Hacılı tərəfdarları arasında yeni qarşıdurma yaşanır. Səxavət Soltanlı Yadigar Sadıqovu neytralaşdırmaq üçün ortaya bir saxta sənəd qoyub. İddia olunur ki, Yadigar Sadıqov Müsavat Partiyası adından saxta sənəd verirmiş...

Yadigar Sadıqlı ile ilgili görsel sonucu

Bu məsələ ilə bağlı Yadigar Sadıqlı belə bir ifadə işlədib: "Heyf Müsavat Partiyasından".

Mənim dünən dediyimi Yadigar bəy indi deyir. Alya Yaqublunun Müsavat Partiyasında saxta sənədlərin satılması ilə bağlı dedikləri də yaddaşlardadır...Məmmədəmin Rəsulzadənin partiyası səviyyəsiz insanların inhisarına keçib. Təəssüf ki, belədir. Əlbəttə, belə olmamalıydı. Bütün bu biabırçılıqlara görə isə İsa Qəmbər və Arif Hacılı məsuliyyət daşıyır. Onlar da bu boyda partiyanı öz şəxsi maraqlarına qurban verib...

 "Heyf Müsavat Partiyasından"....

Sahib Məmmədov ile ilgili görsel sonucu

Hüquq müdafiəçisi Sahib Məmmədov da musavat.com-a  açıqlamasında bu sayaq proseslərin pərdəarxası barədə danışdı. Dedi ki, əslində bu mövzuda ilk yazanlardan olub və illərdir iddialarını davam etdirir: “Avropada sığınacaq almaq üçşün infrastruktur yaradılmayıb. İsveçə İrandan gələnlərin hərəsinin bir barmağı yoxdur. İşgəncənin olduğunu sübut etmək üçün onlara məsləhət verənlər bu üsulu göstəriblər, onlar da təkrarlayıblar. Avropada çoxdan bu infrastruktur var. Mərkəzlər, hüquqşünaslar, vəkillər fəaliyyət göstərir. Eləcə də bu strukturlar, qeyri-hökumət təşkilatları çalışırlar ki, ölkələrdə partnyorlarını tapsınlar. Bunlar siyasi qüvvələr də ola bilər, siyasi partiyalar da. Azərbaycanda özünü müxalifət adlandıranlar istisnasız bu prosesdə iştirak edir. Bu, 90-ların ortalarından başlanıb”.

S.Məmmədov xatırlatdı ki, zaman-zaman ölkədən gedənlərin hamısı getdikləri ölkələrdə yerləşə bilmir. Onların arasında deportasiya olanalr da çoxluq təşkil edir: “90-larda gedənlər evlərini satmışlarılar. Çoxları əmlakını, evini, obyektini satır. Bu şəxslər təkcə partiyalardan yox, polisdən də sənəd almağa nail olurlar. Ona ümid edirlər ki, xarici ölkələrin miqrasiya xidmətləri ölkələrə sorğu vermirlər. Onlar da fürsətdən istidfadə edirlər. Özləri ilə aksiyaya fotoqraf, operator aparanlar da var. Bir polisdən xahiş edir ki, onu tinəcən sürüsün. Bu zaman foto və video çəkilir. İstisna deyil ki, bu proseslərdə partiyalar da zaman-zaman iştirak ediblər”.

Müsahibimiz vaxtilə üzvü olduğu partiyanı ittiham etmək istəmədiyini dedi. Bununla belə, ortada gizlətməli heç nə olmadığını da vurğuladı: “Bəzən əsaslandırmaq üçün süni problemlər yaradırlar. Ölkənin içində olan situasiuya ilə bağlı məsələni şişirdirlər ki, getdikləri ölkələrdə onları asan qəbul etsinlər. Azərbaycanda elə siyasi qüvvələr var ki, onların adı ilə gediləndə daha asan qəbul edilir”

Sevinc TELMANQIZI,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR