İnsanlara hürriyət, millətlərə istiqlal!

Sankt-Peterburqda varlı azərbaycanlı sahibkara silahla hücum olundu

1039 18.10.2019 20:07 Hadisə A A

Sankt-Peterburqda naməlum kişi kottecdəki qəsəbədə “Porsche Cayenne” avtomobilində olan 55 yaşlı qadını izləyərək ona silahla hücum edib.

Virtualaz.org bildirir ki, bu barədə "Fantanka" saytı Rusiya Daxili İşlər Nazirliyinin regional rəhbərinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, qadının oğlu polisə müraciət edərək anasının avtomobilinin atəşə tutulduğunu bildirib. Qadın başvermiş hadisə faktını təsdiqləyib. Atışma nəticəsində maşının sürücü tərəfə olan şüşəsi sınıb.

Qeyd edilir ki ki, əvvəllər məhkum olunmuş azərbaycanlı sahibkar xəsarət alıb. İş qadını dələduzluq və qanunsuz əmlak əməliyyatları maddələri ilə ittiham olunub. İndi fərdi sahibkardır, binaların kirayə veərək idarə olunması ilə məşğuldur.

Qadının dediyinə görə, başvermiş hadisədə keçmiş iş yoldaşlar iştirak edə bilər. Onlardan birinin federal axtarışda olduğunu və onu aradan götürməklə təhdid etdiyini iddia edir.

Faktla bağlı cinayət işinin açılması məsələsi həll edilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR