İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sanki karantində deyil, istirahətdəyik” – Damla

3869 29.05.2020 19:50 Şou-biznes A A

Dağıstandan Azərbaycana gətirilən müğənni Damla Xızıda karantindədir. 

Musavat.com xəbər verir ki, müğənni sosial şəbəkə vasitəsilə oteldə günün yaxşı keçdiyini, hətta karantində konsert verəcəyini yazıb:

“Əziyyətimizi çəkən dəyərli həkimlərimizə, otelin personalına, rəhbərliyinə sonsuz minnətdarlığımı bildirirəm. Burada hər kəsə yüksək səviyyədə xidmət göstərilir. Sanki karantində deyil istirahətdəyik. Allah heç kəsə xəstəlik qismət etməsin. Analiz cavablarımız neqativ çıxsın. Hamımız öz ailəmizin yanına qayıdaq. 

Bu arada oteldə bizimlə qalan bütün qonşularımı salamlayıram. Axsama açıq hava konsertinə hazır olun”.

Qeyd edək ki, Damla Novruz bayramı ərəfəsində el şənliyində iştirak etmək üçün Moskvaya getmişdi. Koronavirusa görə sərhədlər bağlandığı üçün müğənni ölkəyə qayıda bilməmişdi. Ölkəyə qayıda bilmək üçün Dağıstan sərhədinə gələn müğənni bir neçə gün öncə Azərbaycana gətirilib.  

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR